Jurnalistin atasını öldürən sürücüyə hökm oxundu, zərərçəkmiş tərəf narazı qaldı
Dekabrın 25-də Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
25 Dekabr 2017 14:33 SosialDekabrın 25-də Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. S.Qarayevin barəsində həbs qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib. İ.Əlizadə hökmdən narazı olduğunu deyərək, apellyasiya şikayəti verəcəyini bildirib. Qeid edək ki, Ə.Əliyev tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.