Gündəm
Sabirabadda 14 yaşlı qız uzun müddət pəhriz saxladığından dünyasını dəyişib
Sabirabad rayonunun Mürsəlli kəndində 14 yaşlı qız dünyasını dəyişib. Sabirabad rayon məhkəmə tibbi-ekspert həkiminin verdiyi məlumata görə, 2003-cü ildə anadan olmuş Gözəlova Leyla Şövqi qızının hansı səbəbdən dünyasını dəyişməsi hələlik müəyyən olunmayıb.
Moskva ABŞ və Rusiya arasındakı əsas problemi açıqladı
“Vaşinqtonda rusofob isteriyası artıq paranoidal (həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıqdır - red.) xarakter kəsb edib”.
Prezident İlham Əliyev Fərhad Bədəlbəyliyə “İstiqlal” ordeni təqdim edib
Prezident İlham Əliyev dekabrın 25-də xalq artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Ermənistana məxsus PUA məhv edildi
Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qanunsuz ov edən 165 nəfər saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilib. Olaylar.az bildirir ki, 2017-ci ilin 11 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 165 vətəndaş saxlanılaraq onlardan 145 ov tüfəngi, 601 patron, 69 ədəd quş və heyvan götürülüb. Qanun pozucuları barəsində protokollar tərtib edilərək 131 nəfərə 133793 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 34 fakt üzrə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Beynəlxalq Muğam Mərkəzində ritmik muğamlar səslənəcək
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində, “Muğam axşamları” layihəsi çərçivəsində ritmik muğamlar səslənəcək. Olaylar.az bildirir ki, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Murad Əlbüləzimov, Nərgiz Nuriyeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Ramiq Bayramov, Sədəf Budaqovanın ifasında ”Heyratı”, ”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı” və başqa ritmik muğamları səslənəcək.
Azərbaycan Fotoqraflar Birliyindən mühüm qərar
Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun mənzil qərargahında Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin 2016 – 2017 – ci illərdə gördüyü işlərin yekin iclası keçirilib. Olaylar.az bildirir ki, iclasın sədri Ayxan Əhmədov, katibi isə Könül Süleymanova seçilib. Hesabatı idarə heyətinin sədri Mirnaib Həsənoğlu hesabat illəri ərzində AFB-nin uğurları ilə yanaşı uğursuzluqlardan danışıldı. AFB sədrinin hesabatına öz münasibətini AFB-nin təsisçisi Rəfael Qəmbərov bildirdi. Çıxışında AFB fəaliyyətində hər bir kəsin fotoqrafiya naminə bacardıqları işlər görmək arzu etdi. AFB fəaliyyətini bu illər ərzində qənaətbəxş hesab edildi.
Azərbaycan dövləti müstəqil mətbuatın inkişafında maraqlıdır
Gündən-günə qüdrətlənən, beynəlxalq aləmin aparıcı subyektlərindən birinə çevrilən gənc müstəqil Azərbaycan dövləti təkcə sosial-iqtisadi sahədə deyil, eləcə də cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində kifayət qədər uğurlar qazanmışdır. Dövlətimizin bu qədər nailiyyətlərə imza atmasının bir səbəbi ulu öndər Heydər Əliyevin işləyib hazırladığı siyasi kurs və həmin xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidirsə, digər səbəbi də dünya miqyasında mövcud olan mütərəqqi məzmunlu fəaliyyət birliklərinin hamısına qoşulmağımızdır.
Piyada sürət qatarının altında qalıb
Sumqayıt-Bakı sürət qatarı Kürdəmir rayon sakinini vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dekabrın 23-də saat 20 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı ilə Kürdəmir rayon sakini Səbuhi Azayev vurulub və piyada hadisə yerində ölüb. Hadisə bağlı araşdırma aparılır.
“Reket” baş redaktorun cinayət işi məhkəməyə göndərildi
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilən və reketlik fəaliyyətində ittiham olunan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumata görə, məhkəməyə hakim Ramella Allahverdiyeva sədrlik edəcək.
Nazirlik xəbərdarlıq etdi: Sahibkarlara elektron qaimə-faktura təqdim edilməlidir
“Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.
Könül Xasıyeva xəstəxanaya yerləşdiriləcək
Xalq artisti Könül Xasıyeva Yeni il bayramından sonra Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alacaq. Bu barədə açıqlamasında xalq artist özü məlumat verib.
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın tanınmış simalarına Azərbaycan Milli Elmlər Akademiyasının mükafatlarının təqdim olunma mərasimi keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2017-ci ilin yekunları ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, şair və yazıçılar, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar iştirak ediblər.
UNEC-in nümayəndələri Vətən müdafiəçiləri ilə görüşüblər
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor, müəllim və tələbələrindən ibarət bir qrup respublikamızın Qərb bölgəsinə səfər edərək Vətən müdafiəçiləri ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi hissənin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanan qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qərargahın qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olundu
Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışır. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə sayda vaqonların qoşulması təmin edilir.












.jpg)

