Beynəlxalq Muğam Mərkəzində ritmik muğamlar səslənəcək

Dekabrın 27-də   Beynəlxalq Muğam Mərkəzində, “Muğam axşamları” layihəsi çərçivəsində ritmik muğamlar səslənəcək. Olaylar.az bildirir ki, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Murad Əlbüləzimov, Nərgiz Nuriyeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Ramiq Bayramov, Sədəf Budaqovanın ifasında  ”Heyratı”, ”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı” və başqa ritmik muğamları səslənəcək.

Dekabrın 27-də   Beynəlxalq Muğam Mərkəzində, "Muğam axşamları" layihəsi çərçivəsində ritmik muğamlar səslənəcək.

Olaylar.az bildirir ki, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Murad Əlbüləzimov, Nərgiz Nuriyeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Ramiq Bayramov, Sədəf Budaqovanın ifasında  "Heyratı", "Mənsuriyyə", "Qarabağ şikəstəsi", "Osmanlı", "Heydəri", "Simayi-Şəms", "Ovşarı", "Arazbarı" və başqa ritmik muğamları səslənəcək. Xanəndələri tarda Altay Niftəliyev, Rəşad İbrahimov, kamançada Təbriz Yusufov və Araz Ağaverdiyev müşayiət edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31