Gündəm

Beş saniyəyə enerji yığan batareya

25 Dekabr 2017 16:23

Çinin Cıcian Universitetinin Polimer elmlər və mühəndislik departamentinin mütəxəssisləri beş saniyəyə tam enerji yığan alüminium-qrafen batareya hazırlayıblar. Sürətli enerjiyığma rejimində isə batareya 1,1 saniyəyə tam dolur. Hazırlanmasında anod üçün qrafen lent, katod üçün isə alüminiumdan istifadə edilən yeni batareyanın 250 min dəfə enerji yığacaq qədər ömrü var. Bu, o deməkdir ki, hər hansı smartfona yerləşdirilən batareya gündə 10 dəfə enerji yığsa belə 70 il istifadə oluna bilər.

Rusiya ABŞ və Şimali Koreyanı danışıqlara səsləyib

25 Dekabr 2017 16:23

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və Şimali Koreyanı danışıqlara səsləyərək ölkəsinin iki ölkə arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

“Çoxları gözləməzdi ki, 2016-cı ilin aprelində Qarabağda döyüş olacaq”

25 Dekabr 2017 16:22

“2016-cı ilin aprel döyüşlərindən sonra gözlənti var idi ki, bəlkə böyük dövlətlər Ermənistana təzyiq və ya təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması prosesini sürətləndirə bilərlər. Lakin bu gözləntilər özünü doğrultmadı”.

“Rusiyanın pulu ilə Rusiyaya deyilən erməni yalanları”

25 Dekabr 2017 16:21

Savadlı şəxslərin qeyd etdiyi kimi, informasiya məkanında şayiələr kütləvi informasiya vasitələri meydana gəldiyi andan yayılmağa başlayıb. Bu gün saxta məlumatlar - tələbat duyulan və hətta dəbli mövzudur. Rəsmi şəxslər onların təhlükəli olduğunu bildirirlər, ekspertlər onlara necə qarşıdurmaq barədə fikir yürüdürlər.

Rusiyada azərbaycanlı biznesmen və oğlu yol qəzasında öldü

25 Dekabr 2017 16:20

Rusiyanın Saxalin vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 azərbaycanlı ölüb. Hadisə ötən şənbə günü günorta saatlarında baş verib. Belə ki, azərbaycanlı ata-oğulun içində olduğu "Toyota Kluger" markalı avtomobil Oqonki-Nevelsk yolunun 6-cı kilometrində avtokranla toqquşub.

Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

25 Dekabr 2017 16:18

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.

Vanqanın 2018-ci il üçün proqnozu DƏHŞƏTƏ GƏTİRƏCƏK

25 Dekabr 2017 16:08

"Əkiz qüllələr"ə hücum, Brexit, İŞİD-in yüksəlişi kimi bir çox önəmli olayı təxmin edən Vanqa adlı məşhur kor qadının 2018-ci il üçün də önəmli təxminləri var. 1996-cı ildə ölən, əslən Bolqarıstandan olan qadın (85)  dünyasını dəyişməmişdən öncə 51-ci yüz illiyə qədər bir çox təxminlər vermişdi.

BNA: Bir marşrut xətti ləğv edilib, digərinin daşıyıcısı dəyişib

25 Dekabr 2017 16:06

Marşrut xətlərinin optimallaşdırılması tədbirləri çərçivəsində 155 nömrəli marşrut xətti (metronun “Azadlıq” stansiyası - Mehdiabad qəsəbəsi - Fatmai qəsəbəsi) ləğv edilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, həmin marşrut xətti üzrə sərnişinlərin daşınması 108 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar vasitəsi ilə təmin ediləcək. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.

Britaniyalılar ildə 10 milyon hinduşka yeyir

25 Dekabr 2017 16:04

Britaniyada dərc olunan "The Sun" tabloidi yazır ki, krallıqda dekabrın 25-i - Milad günündə qoyun, qaz və donuz əti pərəstişkarlaırnı çıxmaq şərtilə əksəriyyətin masası üstündə hind toyuğu (hinduşka) olur.

Soyğunçuluqla məşğul olan şəxslər saxlandı

25 Dekabr 2017 16:03

Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə soyğunçuluq faktı barədə məlumat daxil olub. Araşdırmalarla dekabrın 20-də saat 2 radələrində Ş.Məmmədova küçəsində yerləşən komyuter oyunları zalında naməlum şəxslərin oranın sahibi, Abşeron rayon sakini Samir Salmanova zor tətbiq edəcəkləri ilə hədələyib 280 manatını almaları məlum olub.

İnək oğrusunun avtomobil qaçırması da müəyyən edilib

25 Dekabr 2017 16:00

Oğurluqda şübhəli bilinən Beyləqan rayon sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhrəmtəpə qəsəbəsi ərazisində Beyləqan rayon sakini Natiq Abdullayevə məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Azərbaycanlılarla afrikalılar Almaniyada etiraz aksiyası keçirdilər

25 Dekabr 2017 15:59

Syerra-Leone, Azərbaycan və İrandan gəlmiş bir neçə yüz qaçqın Almaniyanın Aşağı Bavariya torpağında yerləşən Degenndorf tranzit mərkəzində etiraz aksiyası təşkil ediblər.

Britaniyalılar ildə 10 milyon hinduşka yeyir

25 Dekabr 2017 15:56

Britaniyada dərc olunan "The Sun" tabloidi yazır ki, krallıqda dekabrın 25-i - Milad günündə qoyun, qaz və donuz əti pərəstişkarlaırnı çıxmaq şərtilə əksəriyyətin masası üstündə hind toyuğu (hinduşka) olur.

Metodistlərin I Ümumrespublika Seminarı

25 Dekabr 2017 15:52

Dekabrın 25 – də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində “Metodistlərin I Ümumrespublika Seminarı” keçirilib. Olaylar.az bildiriri ki, seminarda iştirak edən Azərbaycan Respublikası mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev çıxış edərək Mərkəzin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən və təqdirəlayiq yeni ideyalarından danışmışdır. Vurğuladı ki, gələcəyin inkişafına yönləndirilən cəmiyyət müasirlikdən daha çox istifadə etməlidir.