Metodistlərin I Ümumrespublika Seminarı
Dekabrın 25 – də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində “Metodistlərin I Ümumrespublika Seminarı” keçirilib. Olaylar.az bildiriri ki, seminarda iştirak edən Azərbaycan Respublikası mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev çıxış edərək Mərkəzin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən və təqdirəlayiq yeni ideyalarından danışmışdır. Vurğuladı ki, gələcəyin inkişafına yönləndirilən cəmiyyət müasirlikdən daha çox istifadə etməlidir.
25 Dekabr 2017 15:52 SosialDekabrın 25 - də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində "Metodistlərin I Ümumrespublika Seminarı" keçirilib.
Olaylar.az bildiriri ki, seminarda iştirak edən Azərbaycan Respublikası mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev çıxış edərək Mərkəzin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən və təqdirəlayiq yeni ideyalarından danışmışdır. Vurğuladı ki, gələcəyin inkişafına yönləndirilən cəmiyyət müasirlikdən daha çox istifadə etməlidir.
Tədbir çərçivəsində Mərkəz tərəfindən hazırlanan metodiki vəsaitlərin keyfiyyətinin artırılması, yerlərdə iş prosesində tətbiqi mexanizmin təkmilləşdirilməsi məqsədilə yaradılmış Metodiki Şuranın təsis toplantısı, il ərzində hazırlanmış metodiki vəsaitlərin, habelə "Mədəniyyət naminə elm" debat klubunun təqdimatı keçirildi.
Seminarda mədəniyyət və turizm idarələrinin nəzdində şəhər və regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan metodistlərlə yanaşı, Metodiki Şuranın üzvləri Rəna Mirzəzadə, Fərqanə Hüseynova, Mərkəzin direktoru Asif Usubəliyev, əməkdaşları Elnarə Hacıyeva, Ceyhun Əhmədov, Pakizə Almazova, tərəfdaş qurumları, yerli və xarici elm, mədəniyyət və təhsil müəssisələrinin nümayəndələri, habelə Ümumrusiya Metodiki Şuranın sədr müavini Andrey Belyayev çıxış etmişlər.
Öz çıxışında A.Usubəliyev qeyd etdi ki, bu tədbir Metodiki Şuranın gələcək fəaliyyətinin rəsmiləşdirilməsinə, metodiki işin təkmilləşdirilməsinə, mədəniyyət müəssisələri arasında fəaliyyətin daha səmərəli koordinasiyasına, cəmiyyətdəki sosial imicinin artırılmasına və gənc əməkdaşlar arasında həmkarlıq ruhunun dəstəklənməsinə xidmət edəcəkdır.
Fasilədən sonra "Metodistlərin işində yeni trendlər: Mədəniyyət mərkəzləri, digər mədəniyyət evləri və klublar üzrə" adlı 1-ci və "Metodistlərin işində yeni trendlər: kitabxanalar üzrə" adlı 2-ci Panellərdən ibarət seminar işini davam etdirəcək. Sonda diskussiya içtirakçıları sertifikatla təltif olundular.