Rusiya ABŞ və Şimali Koreyanı danışıqlara səsləyib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və Şimali Koreyanı danışıqlara səsləyərək ölkəsinin iki ölkə arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
25 Dekabr 2017 16:23 DünyaRusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və Şimali Koreyanı danışıqlara səsləyərək ölkəsinin iki ölkə arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
S. Lavrov çıxışında bildirib: "Biz tərəfləri Koreya yarımadasındakı problemlərə konkret həll tapmaq üçün qarşılıqlı danışıqlara çağırırıq. Bu səbəbdən rəsmi Pxenyan ilə əlaqələr parçalanmamalıdır, əksinə inkişaf etdirilməlidir".
Xatırladaq ki, 2 dekabr tarixində BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edən qətnamə qəbul edib. Azadinform Rusiya mətbuatına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31