“Çoxları gözləməzdi ki, 2016-cı ilin aprelində Qarabağda döyüş olacaq”
“2016-cı ilin aprel döyüşlərindən sonra gözlənti var idi ki, bəlkə böyük dövlətlər Ermənistana təzyiq və ya təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması prosesini sürətləndirə bilərlər. Lakin bu gözləntilər özünü doğrultmadı”.
25 Dekabr 2017 16:22 Siyasət"2016-cı ilin aprel döyüşlərindən sonra gözlənti var idi ki, bəlkə böyük dövlətlər Ermənistana təzyiq və ya təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması prosesini sürətləndirə bilərlər. Lakin bu gözləntilər özünü doğrultmadı".
Bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin eyni ildə baş tutan Sankt-Peterburq və Vyana görüşləri də nəticə vermədi. O bildirib ki, bu il də münaqişənin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda intensivlik olmadı: "İl ərzində prezidentlər bir dəfə görüşdü. Böyük dövlətlər, xüsusilə də Rusiya Ermənistana təzyiq etmək istəmir".
E. Şahinoğlu vurğulayıb ki, gələn il Azərbaycan və Rusiyada prezident, Ermənistanda isə taleyüklü parlament seçkiləri keçiriləcək. Politoloqun fikrincə, parlament seçkiləri Ermənistan üçün ona görə taleyüklüdür ki, konstitusiya dəyişib və parlamentin funksiyaları artıb: "Gələn il seçki ili olduğu üçün prinsipcə cəbhədə nisbətən sakitlik olmalıdır. Amma bəzən məntiqdən kənar hadisələr də baş verir. Çoxları gözləməzdi ki, 2016-cı ilin aprelində Qarabağda döyüş olacaq. Əgər təxribat olsa, Azərbaycan ordusu buna ciddi şəkildə cavab verəcək". Azadinform.az