Gündəm
Beynəlxalq terrorla mübarizə: İŞİD və erməni terroru
MDB ölkələri ərazisində terror təhlükəsinin artması barədə Rusiya rəhbərliyi fikirlər bildirib. Dekabrın 19-20-də Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin toplantısında da bu məsələ əsas müzakirə mövzusu olub.
2018-ci ildə bu telefonlarda WhatsApp olmayacaq - TAM SİYAHI
Ən geniş yayılmış mesajlaşma tətbiqlərindən olan vatsap rəsmi səhifəsində 2018-ci ildən başlayaraq bir sıra smartfonlarda istifadə edilə bilməyəcəyini açıqlayıb.
Dekabrın 31-də metro gecə saat 01:00-a qədər işləyəcək
Dekabrın 31-də Bakı Metropoliteninin bütün stansiyalarında iş qrafiki dəyişəcək. Bu barədə özəl olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Yeni illə bağlı metro stansiyalarında konsert proqramları təşkil olunacaq
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, ilin son sosial layihələrini gerçəkləşdirəcək.
Türkiyədə fövqəladə vəziyyət dayandırılır - Nə vaxtdan?
Türkiyədə 2016-cı ildə tətbiq olunmuş fövqəladə vəziyyət 2018-ci ilin fevralında ləğv ediləcək. Məlumata görə, hökumət fövqəladə vəziyyəti bir daha uzatmamaq barədə qərarı verib.
Rusiya da kriptovalyutanı qanuniləşdirir?
Rusiya Maliyyə Nazirliyi kriptovalyutaların nizamlanması ilə bağlı qanun layihəsi hazırlayıb. Məlumata görə, bunu ölkənin maliyyə naziri Anton Siluanov deyib. Nazirin sözlərinə görə, qanun layihəsi artıq nəzərdən keçirilir.
Dəhşətli qəza: Eyni ailədən 20 nəfər öldü
Filippinin paytaxtı Manila yaxınlığında Yeni il şənliyinə gedənləri daşıyan sərnişin avtobusu qəza törədib. Hadisə nəticəsində eyni ailənin 20 üzvü həlak olub, 10 nəfər yaralanıb. Ölənlərdən 6-ı uşaqdır.
Kreml ABŞ-a XƏBƏRDARLIQ ETDİ: “Moskva bunu cavabsız qoymayacaq”
ABŞ-ın Rusiyaya qarşı yeni mümkün sanksiyaları Moskvanın narahatlığına səbəb olur. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremldə keçirdiyi brifinqdə deyib. O həmçinin qeyd edib ki, Moskva bu məsələdə qarşılıqlılıq prinsipini rəhbər tutacaq. “Rusiyanın ünvanına daxil edilən müxtəlif restriksiyalara, əlbəttə, uyğun cavab veriləcək”, - Kremlin nümayəndəsi vurğulayıb.
Nazirdən baş inspektor TƏYİNATI
Mingəçevir Şəhər Polis Şöbəsində (ŞPŞ) kadr dəyişikliyi olub.ŞPŞ-nın qeydiyyat və şəxsiyyət qrupunun baş inspektoru Elman Nəriman oğlu Məmmədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Qrupun yeni baş inspektoru vəzifəsinə polis kapitanı Tural Səfər oğlu Albəndəyev təyin olunub .
Dələduzluq edən şəxs ələ keçib
Dələduzluqda şübhəli bilinən Babək rayon sakini Tehran İsmayılov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 25-27-də paytaxt sakinləri Müslüm Nəzərovun 100 manatını və Samir Məmmədovun mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Babək rayon sakini Tehran İsmayılov Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Silsilə oğurluqla məşğul olan şəxs tutulub
Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməli də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Zaur Süleykinin ətrafında Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun dekabr ayında Cəmilə Hüseynovanın içərisində 140 manat olan çantasını və rayon ərazisndəki evlərin birindən noutbuk oğurlaması da müəyyən edilib.
2 fakt üzrə 700 qutu pirotexniki vasitə aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "VAZ 21 074" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, həmin şəxs nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütələq bəyan ediləsi predmetlərin olmadığını bildirib.
Piyadanı vurub qaçan sürücü saxlanıb
Yol-nəqliyyat hadisəsi yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 22-də Gəncə şəhərinin Xətai prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Rüstəmova vurulub.
Aydın Əliyev Xızıda qəbul keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev dekabrın 29-da saat 11:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr.) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən “Olaylar”a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən- Xızı, Sumqayıt, Abşeron, Qobustan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Moskvada avtobus keçidə girdi: 4 ölü, 15 yaralı
Rusiyanın paytaxtı Moskvada sərnişin avtobusu şəhərin qərbində, "Slavyanski bulvar" metro stansiyasında yeraltı keçidə girib.














