Gündəm

“Tom və Cerri”nin rəssamı dünyasını dəyişib

25 Dekabr 2017 18:25

99 yaşlı amerikalı Disney, Varner Bros və digər  nüfuzlu studiyalarda çalışmış animator, cizgi film yaradıcısı Bob Givens dünyasını dəyişib.  B.Givens bir çox nəslin uşaqlığında sevərək izlədiyi cizgi film personajlarının yaradılmasında iştirak edib.

Qazaxıstanda Yeni il yolkası yandı

25 Dekabr 2017 18:23

Qazaxıstanın paytaxtı Astanada parkların birində Yen il yolkası yanıb. Məlumata, görə süni yolka səhər saatlarında yanmağa başlayıb. Yanğının söndürülməsi üçün yarım  saatdan çox vaxt tələb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Türkiyədə növbəti ağır yol qəzası: 16 yaralı

25 Dekabr 2017 18:10

Türkiyənin şərqində, Diyarbəkir vilayətində sərnişin avtobusu ilə yük avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb. Zərəçəkənlərin hamısı Türkiyə vətəndaşıdır. Yaralananlar Diyarbəkir dövlət xəstəxanasına yerləşdirilib.

Çağatay Ulusoy yeni seriala hansı aktrisayla çəkiləcək?

25 Dekabr 2017 18:06

Çağatay Ulusoy yeni serialında tərəf müqabili kimi görmək istədiyi aktrisanın adını açıqlayıb.  Aktyor “Netlix” serialında baş rolunu aktrisa Melisa Aslı Pamukla paylaşmaq istəyir. Serial çəkilişləri üçün Amerikada olan Ulusoya tərəf müqabili olaraq Deren Talu təklif edilsə də, Çağatay bununla razılaşmayıb. O, prodüser şirkətinə “mənim üstünlük verdiyim aktrisa Melisa Aslı Pamukdur”, - deyə fikrini bildirib.

Rusiya bu hallarda nüvə silahına əl atacaq - Qərblə müharibədə Kremlin ÜÇ HƏDƏFİ

25 Dekabr 2017 18:03

ABŞ-da fəaliyyət göstərən “RAND Corporation” analitik mərkəzi Rusiya Silahlı Qüvvələrinin sahib olduğu imkanları göstərən bir hesabat hazırlayıb. Hesabata görə, dünyanın ən böyük ölkəsi Rusiyanı ələ keçirmək mümkün deyil. ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) 1950-ci illərdən bu yana milli təhlükəsizlik mövzularında məsləhətçilik edən “RAND Corporation” bir çox media qurumları və analitik mərkəzlərdən fərqli olaraq hesab edir ki, Rusiyanın Baltik ölkələri, ya da Şərqi Avropaya hücum etmək niyyəti yoxdur.

Filippində daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 240-a çatıb

25 Dekabr 2017 18:01

Filippində tropik fırtınadan sonra baş verən daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 240 nəfərə çatıb.  Bu barədə “Manila Times” məlumat yayıb.

Rafael İsaxanyan Ermənistan-Azərbaycan Sülh Platformasının həmsədrliyindən və üzvlüyündən çıxarılıb

25 Dekabr 2017 17:59

Artur Ağacanovun Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri seçilib Bu gün Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, Vətəndaş Sülh Platformasının Nizamnaməsinin 6.9.4-cü bəndinə uyğun olaraq keçirilən iclasda qurumun həmsədri Rövşən Rzayev gündəlikdə olan məsələləri təqdim  edib.

Prezident İlham Əliyev dünya azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edib

25 Dekabr 2017 17:50

Azərbaycan prezidenti İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar təbrik edib. Məlumata görə, dövlət başçısının təbrikində deyilir: “Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram. Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan verib, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirib.

Qurban Qurbanov Çinə "yox" dedi

25 Dekabr 2017 17:47

Çinin "Hançjou Qrintaun" komandası "Qarabağ"ın futbolçusu Dino Ndlovu ilə bir neçə müddətdir ki, maraqlanır.

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

25 Dekabr 2017 17:46

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Bələdiyyə üzvü qətlə yetirildi - Gürcüstanda

25 Dekabr 2017 17:44

Gürcüstanda Mestia bələdiyyəsinin üzvü Lomar Niquriani odlu silahla qətlə yetirilib. Bələdiyyə üzvü evində hücuma məruz qalıb. Bir neçə güllə yarası almış L. Niquriani xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qətlin münaqişə zəminində törədildiyi bildirilir.

Prezident İlham Əliyev: Xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər

25 Dekabr 2017 17:41

Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram.

Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

25 Dekabr 2017 17:38

Dekabrın 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Görüş 2017-ci ildə Rusiyanın bu quruma sədrliyinin yekunlarına həsr olunacaq.

"Nardaran işi" üzrə daha bir məhkəmədə vəkillər çıxış edib

25 Dekabr 2017 17:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.