Qurban Qurbanov Çinə "yox" dedi
Çinin "Hançjou Qrintaun" komandası "Qarabağ"ın futbolçusu Dino Ndlovu ilə bir neçə müddətdir ki, maraqlanır.
25 Dekabr 2017 17:47 İdmanÇinin "Hançjou Qrintaun" komandası "Qarabağ"ın futbolçusu Dino Ndlovu ilə bir neçə müddətdir ki, maraqlanır. Komanda Dino üçün "Qarabağ"a son rəqəm olaraq 750 min avro ödəməyə hazır olduğunu bildirib.
Lakin komandanın baş məşqçisi Qurban Qurbanov bu təklifə razılıq verməyib. O, qış transfer dönəmində futbolçu tapmağın çətin olduğunu bildirib və futbolçunun Çinə yollanmasına qarşı çıxıb.
Q.Qurbanov transferə bir şərtlə razı olduğunu deyib. Əgər Ağdam klubu Ndlovunun yerinə daha səviyyəli hücumçu tapsa, onun keçidinə razılıq verəcək. Bu halda da transfer baş tutmasa, D.Ndlovu azad agent kimi komandanı tərk edə bilər. Futbol11
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31