UNEC-in nümayəndələri Vətən müdafiəçiləri ilə görüşüblər
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor, müəllim və tələbələrindən ibarət bir qrup respublikamızın Qərb bölgəsinə səfər edərək Vətən müdafiəçiləri ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi hissənin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanan qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qərargahın qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
25 Dekabr 2017 15:15 SosialAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor, müəllim və tələbələrindən ibarət bir qrup respublikamızın Qərb bölgəsinə səfər edərək Vətən müdafiəçiləri ilə görüşüb. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi hissənin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanan qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qərargahın qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Qrupu müşaiyət edən Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani hərbi hissənin tarixi, keçdiyi döyüş yolu, yetirdiyi milli qəhrəmanlar və şəhidlik zirvəsinə ucalan döyüşçülər haqqında ətraflı məlumat verib. Onlar Heydər Əliyev Mərkəzi, Əsgər Klubu, Qərargah, Tibb Məntəqəsi və digər obyektlərlə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.
Azərbaycan-Ermənistan sərhədindəki zirvədə döyüş növbəsini çəkən hərbi qulluqçularla görüş və orada əsgəri xidmət üçün yaradılan şəraitlə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.