Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın tanınmış simalarına Azərbaycan Milli Elmlər Akademiyasının mükafatlarının təqdim olunma mərasimi keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2017-ci ilin yekunları ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, şair və yazıçılar, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar iştirak ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2017-ci ilin yekunları ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, şair və yazıçılar, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən müddət ərzində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən işlər, layihələr barədə məlumat vermiş, Daşkənd və Səmərqənd şəhərlərində "Azərbaycan mədəniyyəti həftəsi" keçirildiyini, Özbəkistanın Elmlər Akademiyasının Tarix Muzeyində "Azərbaycan Qafqazın dürdanəsi" adlı pavilyonun açıldığını, iki ölkə arasında dostluğun təbliği istiqamətində çoxsaylı tədbirlər, nəşrlərin reallaşdırıldığını söylədi.  O, Özbəkistanda Azərbaycan-Özbəkistan dostluğunu elmi-ədəbi əlaqələri fəal təbliğ edən Özbək ədəbiyyatının bir sıra tanınmış simalarının əməyinin Azərbaycan dövləti tərəfindən qiymətləndirildiyini və onların mükafata layiq görüldüyünü qeyd ettdi.

Samir Abbasov Azərbaycan-Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafında və təbliğində xüsusi xidmətləri olan bir sıra Özbək şair, yazıçı, Azərbaycan ədəbiyyatından Özbək ədəbiyyatına çoxsaylı tərcümələr edən tanınmış ədəbiyyat nümayəndələrinə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanlarını təqdim etdi.

Qeyd edək ki, onların arasında şair və tərcüməçi, Azərbaycan ədəbiyyatından Özbək dilinə çoxsaylı tərcümələrin etmiş Osman Qoçqar (ölümündən sonra), Özbəkistanın "Kitob dunyosi" qəzetinin baş redaktoru Xasiyət Rüstəm, ədəbiyyatşünas-tərcüməçilər Babaxan Şərifov, Şəhla Qasımova, Rüstəm Cabbarov, dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sini ilk dəfə olaraq özbək dilinə tərcümə edən şair Olimcan Buriyev, elmi araşdırmaçı Sırdərya Utanova və başqaları xüsusi mükafata layiq görülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31