Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olundu

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışır. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə sayda vaqonların qoşulması təmin edilir.

Sərnişin qatarlarına əlavə vaqonlar qoşulur

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər."Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışır. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə sayda vaqonların qoşulması təmin edilir.

Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31