Modelyer rəssam Fəxriyyə Xələfova ilə görüş

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın görüşü baş tutub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə modelyer rəssamın “Şərq Cazibəsi” kolleksiyasından olan bir neçə geyiminin Sankt-Peterburq şəhərindəki dünya şöhrətli Ermitaj Muzeyinin daimi kolleksiyasında nümayişi haqqında ətraflı məlumat verilib. Olaylar.az bildirir ki, tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova tanınmış modelyer haqqında səmimi və xoş sözlərini deyib, yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın görüşü baş tutub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə modelyer rəssamın "Şərq Cazibəsi" kolleksiyasından olan bir neçə geyiminin Sankt-Peterburq şəhərindəki dünya şöhrətli Ermitaj Muzeyinin daimi kolleksiyasında nümayişi haqqında ətraflı məlumat verilib.

Olaylar.az bildirir ki, tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova tanınmış modelyer haqqında səmimi və xoş sözlərini deyib, yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar. Həmçinin "AZƏRBAYCANIM" Beynəlxalq Jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli öz növbəsində Fəxriyyə Xələfovaya jurnalın fəxri üzvlük sertifikatını və medalını təqdim edib. Daha sonra tədbir iştirakçılarına "Ermitaj Günləri" çərçivəsində açılan qalereyadan maraqlı video çarxlar göstərilib.

Modelyer Fəxriyyə Xələfova muzeyin direktoru akademik Mixail Piotrovski ilə imzalanmış razılaşmaya əsasən kolleksiyasından bir neçə geyimi muzeyə hədiyyə verdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31