Şövkət Məmmədovanın 120 illik yubileyi
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində professional vokal sənətinin görkəmli nümayəndələrindən olan, ilk qadın opera müğənnisi, ictimai xadim, xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib. Olaylar.az bildirir ki, tədbirdə Şövkət Məmmədovanın səs yazısı səsləndirilib, ekranda onun həyat və yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.
25 Dekabr 2017 14:16 MədəniyyətBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində professional vokal sənətinin görkəmli nümayəndələrindən olan, ilk qadın opera müğənnisi, ictimai xadim, xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib.
Olaylar.az bildirir ki, tədbirdə Şövkət Məmmədovanın səs yazısı səsləndirilib, ekranda onun həyat və yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.
Tədbirin aparıcısı qonaqları salamlayaraq, xalq artisti haqqında ətraflı məlumat verib. Gecədə məktəb şagirdləri Ş.Məmmədovanın həyatını əks etdirən səhnələrlə çıxış ediblər. Proqramda C.Hacıyevin "Zarafat", A.Laranın "Qranada", O.Kazımovun "Xəyal", L.Dallanının "Karuso", A.Zeynallının "Ölkəm" və s. kimi əsərləri səsləndirilib