Gündəm
Ayrılığın əsl səbəbi məlum oldu
Məşhur müğənni Alişan ilə eks nişanlısı Eda Erolun ayrılıqlarının əsal səbəbi məlum oldu. Olaylar.az bildirir ki, bu haqda müğənninin yaxın dostu, Ece Erken aparıcı olduğu verilişində açıqlama verib. O Alişanla Edanın bir –birilərini anlamaqda çətinlik çəkdiklərini və Eda Erolun 5 dəfə nişan üzüyünü çıxartdığını bildirib. Bundan əlavə aparıcı Edanın dəfələrlə ondan Alişanla onu barışdırmağa dair xahişlər etdiyini bildirib.
Tramp niyə “McDonald's”dan yemək yeyir? – İDDİA və ETİRAZ
Neftin bahalaşmasının səbəbləri – İran hadisələri, İŞİD-lə mübarizə və...
Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir. Hazırda "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib. WTI neftinin qiyməti 1 barelə görə 61,96 dollar təşkil edib. Brent markalı neftin 1 bareli isə 68,01 dollardan satılır.
“Azərbaycan məsələnin bu cür qoyuluşu ilə razılaşa bilməz”
“Ölkələrin ATƏT-ə sədrliyi çox qısa bir müddət təşkil edir. Yarım il ərzində hansısa məsələnin həllində radikal dəyişiklik etmək olmur”. Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə İtaliyanın təşkilata sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyini şərh edərkən deyib.
Tramp mühacirlərin ölkəyə girməsini yenidən sərtləşdirir
ABŞ prezidenti Donald Tramp mühacirlərin ölkəyə girməsi qaydalarını yenidən sərtləşdirilməsini tələb edir. Bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb. Amerikalı lider hesab edir ki, mühacirlərlə bağlı ABŞ əhalisinin maraqlarına və təhlükəsizliklərinə cavab verə biləcək islahat planı hazırlamaq lazımdır: “Zəncirvari mühacirət bizim təhlükəsizliyimizi və iqtisadiyyatımızı təhdid edən fəlakətdir. O terroristlərə qapı açır. Həmçinin viza lotereyası da iqtisadiyyatımızı və təhlükəsizliyimizi təhdid edir”.
İnterpolun axtardığı azərbaycanlı qadınlar
Bu günə qədər müxtəlif cinayətlər törətmiş 31 azərbaycanlı qadın İnterpol xətti ilə axtarışa verilib. Araşdırmaya əsasən, axtarışa verilən qadınlardan ən qocamanı 71 yaşındadır. 1946-ci il təvəllüdlü Fatimat Zairbəyova külli miqdarda mənimsəmə, qaçaqmalçılıq, saxtakarlıq və yalan informasiya verməkdə təqsirli bilinir.
İranda “İnstagram”a tətbiq edilən məhdudiyyət götürüldü
İran hökuməti “İnstagram” sosial şəbəkəsinə tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb. Bunu ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlirza Rəhimi bildirib.
“Çölçü”dən növbəti uğur
Rejissor Şamil Əliyevin “Çölçü” filmi “GOLD MOVIE AWARDS” beynəlxalq festivalının “GODDESS NIKE” mükafatının finalına vəsiqə qazanıb. Olaylar.az bildirir ki, təqdimetmə mərasimi yanvarın 11-də Londonda keçiriləcək.
"Çudo Peçka"nın sahibinin məhkəməsi başlayır
"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi məhkəmədə icraata götürülüb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası yanvarın 11-nə təyin edilib.
Cəbrayıl sakinindən ov tüfəngi götürülüb
Cəbrayıl rayon sakinində odlu silah aşkarlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayon sakini Eldəniz Zamanovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Silah alverçisi iş başında saxlanıb
Paytaxtda “Naqan” markalı tapançanı satmaq istəyən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Abdullayev Masazır qəsəbəsi ərazisində nömrəsi silinmiş “Naqan” markalı tapançanı 250 manata satmaq istəyərkən saxlanılıb.
Piyadanı vurub qaçan sürücü tutulub
Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Salyan rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da Qiyas Abbasovun ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “İsuzu” markalı, 206 saylı xətt avtobusunun sürücüsü - Salyan rayon sakini Əlipənah Mehrəliyev saxlanılıb.
Bir neçə şəxsdən odlu silah götürüb
Hüquq-mühafizə orqanları bir neçə şəxsdən odlu silah götürüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Bəxtiyar Quluzadədən müfaviq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.
"Azərsun Holdinq" işçi axtarır
"Azərsun Holdinq" şirkəti mühasib vəzifəsində işləmək istəyənlər üçün vakansiya elan edib. “OLAYLAR” şirkətə istinadən xəbər verir ki, mühasib işləmək istəyənlər maliyyə və ya mühasibatlıq ixtisası üzrə ali təhsilə malik olmalı, minimum 1 il mühasibatlıq sahəsi üzrə təcrübəyə malik olmalı, Vergi məcəlləsini, bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını, 1C, BTP, B1 , B3, MS Office (xüsusilə MS Excel) proqramlarını, müəssisədə mühasibat uçotunun forma və metodlarını, bütün bunlarla yanaşı ingilis dili - əla, rus dilini isə orta səviyyədə bilməlidir.
Taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib
Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, görüşdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.
.jpg)













