Gündəm
Vəkilindən Fədayə Laçınla bağlı açıqlama: "Bir telefon zəngi ilə..."
Həbsdə olan müğənni Fədayə Laçınla bağlı yanvar ayının sonunda yenidən məhkəməyə müraciət olunacaq. Bu barədə müğənninin vəkili Türkəl Süleymanlı açıqlamasında bildirib: "İstəyimiz də budur ki, onunla bağlı həbs qətiimkan tədbiri ləğv olunsun və onun həbsi ev dustaqlığı ilə əvəzlənsin. Çünki səhhətində problemlər var. Həm də o heç də istintaq orqanlarından yayınmayıb, gizlənmir, Bakıda yaşayır.
Heydər Əliyev prospektində yeni avtomobil tuneli inşa edilir
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, daha dəqiqi Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir.
Lotu Qulinin “1 nömrəli qanuni oğru" olmaq sevdası - Qardaşını Moskvaya göndərdi
Hazırda İstanbulda məskunlaşan Lotu Quli - Nadir Səlifov qardaşı Namiq Səlifovu Moskvaya göndərib. Məqsəd orada azərbaycanlılarla görüşüb Qulini "1 nömrəli qanuni oğru" kimi qəbul etdirmək, iri bazar və ticarət obyektlərinin sahiblərinin ona biət etməsinə nail olmaqdır.
Reyhan Camalova “ASAN xidmət”in İdeya müvəkkili oldu
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə görüşüb. Olaylar.az bildirir ki, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.
Aqroparkların yaradılması kənd təsərrüfatında məhsuldarlığı daha da artıracaq
“Son illərdə regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib.
Türkiyədə yeni millətçi partiya yaradıldı
Türkiyədə Ötükən Birliyi Partiyası adlı yeni siyasi təşkilat yaradılıb. Partiya ideoloji xəttinin irqçilik olduğunu və radikal millətçi siyasət yürüdəcəklərini bəyan edib. "Türkü dünyada ən üstün irq olaraq gördüyümüz və "Türkiyə türklərindir" ideyasını bütün dünyaya bəyan etmək üçün siyasi təşkilat qurmuşuq", - deyə partiyanın bəyanatında vurğulanıb.
Çağrı mərkəzləri tərəfindən 151,9 minə yaxın müraciət cavablandırılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən son bir ayda - ötən ilin dekabr ayında 17 362 müraciətin cavablandırılması təmin olunub.
ABŞ-dakı müsəlmanların sayı açıqlandı
ABŞ-da müsəlmanların sayı 3,45 milyona çatıb. Bu məlumatı Vaşinqtonda yerləşən Pyu adına Araşdırma Mərkəzi açıqlayıb. İnformasiyaya əsasən, son 7 ildə ölkədəki müsəlmanların sayı 700 min nəfər çoxalıb. 2050-ci ildə ABŞ-da müsəlmanlarının sayının 8,1 milyona çatacağı gözlənilir. 2015-ci ildə dünya üzrə müsəlmanların sayı 1,8 milyard olub. 2060-cı ilədək onların sayının 3 milyard olacağı ehtimal edilir.
FTB yenidən Klintonları araşdırmağa başladı
ABŞ Ədliyyə Nazirliyi Klinton Fonduna qarşı yeni araşdırmaya başlayıb. Bu barədə informasiyanı “Hill” qəzeti yayıb. Nazirlik Hillari Klintonun dövlət katibi olduğu zaman bu fonddan qeyri-qanuni şəkildə yararlanmasından şübhələnib. Araşdırmanı ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının apardığı bildirilib.
2012 – ci ildə ayrılmışdılar - Amma indi...
Məşhur türkiyəli aktrisa Vahide Perçin 2012 – ci ildə aktyor olan həyat yoldaşı Altan Gördümdən ayrılmışdı. Olaylar.az bildirir ki, cütlük qızları Alizanın istəyi ilə yenidən bir araya gəliblər. Hazırda nigah yeniləməyə hazırlaşan aktrisa həyat yoldaşı ilə birgə İstanbulda ev axtarır.
Kürdə batan şəxsin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu il yanvarın 4-də 1996-cı il təvəllüdlü Abbasov Araz Rafiq oğlu Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
DGK medianı məsuliyyətli olmağa çağırdı
Dövlət Gömrük Komitəsi bu gün bəzi internet portallarında gömrük postlarından birində çəkilən video ilə bağlı açıqlama yayıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, bu gün internet portallarının birində "Aydın Əliyevin işçisinin görünməmiş vəhşiliyi" adı altında gömrük əməkdaşının sərhədi keçmək istəyən insanlarla kobud rəftarını əks etdirən video yayımlanıb. “Videonun 3 cümlədən və müəllifinin adı, soyadı da daxil olmaqla 60 kəlmədən ibarət olan açıqlamasında isə hadisənin baş verdiyi yer, vaxt, gömrükçünün kimliyi, qarşı tərəfin mövqeyi, rəsmi açıqlama, bir sözlə xəbərin əsas hissələrindən əsər-əlamət yoxdur.
Tovuz sakini özünü güllələyib
Tovuz sakini ehtiyatsızlıqdan özünü güllələyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 4-də Tovuz rayonunun Balaşamlıq kəndində rayon sakini Əhməd Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya aparılarkən yolda ölüb.Tovuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
2017-ci il Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq üçün uğurlu olub
2017-ci il Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq üçün uğurlu olub. Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ötən il ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində çoxsaylı layihələr həyata keçirib.

.jpg)












