Kürdə batan şəxsin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu il yanvarın 4-də 1996-cı il təvəllüdlü Abbasov Araz Rafiq oğlu Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
5 Yanvar 2018 15:34 SosialFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu il yanvarın 4-də 1996-cı il təvəllüdlü Abbasov Araz Rafiq oğlu Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. FHN-dən "Olaylar" a verilən məlumata görə, yanvarın 5-də A. Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 200 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.