Nikol Paşinyan TRIPP layihəsinin praktiki icrasına start verildiyini elan edib – ÖZƏL
13:54 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində ölkənin müstəqillik əldə etdiyi dövrdən bəri ən iri iqtisadi layihə olan TRIPP-in ("Tramp Marşrutu") praktiki icrasına başlanıldığını bəyan edib. Onun sözlərinə görə, layihə ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına tam hörmət əsasında Cənubi Qafqazda maneəsiz multimodal tranzit əlaqələrinin yaradılmasına yönəlib.
Paşinyan bildirib ki, TRIPP layihəsi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini təmin etməklə yanaşı, Transxəzər ticarət marşrutuna və Şərq-Qərb bağlantısına əlavə dinamika qazandıraraq böyük regional və beynəlxalq əhəmiyyət daşıyacaq. Baş nazir bu təşəbbüsün Ermənistana xarici bazarlara çıxış, investisiyaların cəlbi və xüsusilə Sünik (Zəngəzur) vilayətinin inkişafı baxımından müstəsna töhfə verəcəyini, həmçinin ölkənin təhlükəsizliyini möhkəmləndirəcəyini vurğulayıb.