Gündəm

Jurnalistlər təzə mənzillərinə nə vaxt köçəcək? - Vüqar Səfərlidən açıqlama

5 Yanvar 2018 17:10

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli 2017-ci ildə dövlət başçısı tərəfindən mənzil hədiyyə edilən jurnalistlərin evlərinə nə zaman köçəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

“Azərbaycanda tətbiq edilən metodun orijinallığı ondan ibarətdir ki...”

5 Yanvar 2018 17:09

Fransa Prezidenti Emmanuel Makron yalan informasiya yayan media orqanlarına qarşı mübarizənin gücləndiriləcəyini bildirib. E.Markon qeyd edib ki,demokratiyanı yalandan müdafiə etmək zəruridir.

Qərbi Azərbaycanda əməliyyat: Terrorçu dəstə ələ keçirildi

5 Yanvar 2018 17:03

İran Kəşfiyyat Nazirliyi ölkədə iğtişaşlar yaratmaq istəyən terror hücrəsini zərərsizləşdirib, onun üzvləri həbs edilib. Bu barədə informasiyanı İRNA agentliyi yayıb. Agentlik bu terror hücrəsinin İranda etiraz aksiyalarının davam etdirilməsi üçün partlayışlar törətməyi planlaşdırdığını bildirib.

Bu əməliyyatın banisi Heydər Əliyev idi - Polkovnik

5 Yanvar 2018 17:01

1994-cü ilin qışında baş verən Horadiz döyüşləri Azərbaycan xalqının qürur mənbəyidir. Məlumata görə, bunu uğurlu Horadiz əməliyyatlarına komandirlik etmiş ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, bu döyüşlər Azərbaycan xalqının qürur mənbəyidir: "Bu uğurlu əməliyyatın banisi ümummili lider Heydər Əliyev idi. Ulu öndərin çağırışlndan sonra heyət səfərbər oldu və hücum əməliyyatları həyata keçirildi".

Vüqar Səfərli: "Fondun Müşahidə Şurasının iclaslarında qəzetlərin müraciətlərinə şəffaf, ədalətli, obyektiv şəkildə baxılır və qiymətləndirilir"

5 Yanvar 2018 16:59

Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli “Hürriyyət” qəzetinin qurumun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirb. Vüqar Səfərli deyib ki, Fond fəaliyyət göstərdiyi dövrdə mövqeyindən asılı olmayaraq bütün qəzetlərə eyni münasibət bəsləyib və ayrı-seçkiliyə yol verməyib: "Fondun il ərzində elan etdiyi müsabiqələrin elanında əksini tapmış şərt və meyarlara cavab verən qəzetlərin maliyyə yardımı müraciətləri müsbət cavablandırılıb.

Xınalıq sakinləri: Alpinistlər sağ qala bilərlər – VİDEO

5 Yanvar 2018 16:53

Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Biləsuvarda ana və oğlu qohumları tərəfindən döyülərək bıçaqlandı

5 Yanvar 2018 16:51

Biləsuvarda xəstəyə dəymək adı ilə qohumları tərəfindən evdən aparılan ana və övladı döyülərək bıçaqlanıb. Aranlı kənd sakinləri İbayev Şahəli və İbayev Kainat əmisigilə gələrək atalarının xəstə olduğunu deyiblər.

Azərbaycanın simasını dəyişən Dövlət Proqramı

5 Yanvar 2018 16:47

Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bunların sırasında ölkə iqtisadiyyatını dirçəltmək də mühüm yer tuturdu. Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində iqtisadiyatı dirçəltmək, inkişaf etdirmək o qədər də asan məsələ deyildi. Bunun isə bir çox səbəbləri vardı. Ən birinci səbəb iqtisadiyyatın tamamilə dağılmış vəziyyətdə olması idi. Daha doğrusu iqtisadiyyatın mövcud olmaması.

Alpinistlər və votsapdakı itkin ailələri qrupu...

5 Yanvar 2018 16:43

Yəqin bu yazı gündüz təqdim olunacaq, amma onu qaranlıqda yazıram. Kompüterin son enerjisinin sönməyəcəyinə ümidliyəm. Çünki işıqlarımızı kəsiblər. Həm də soyuqdur, istilik sistemimiz işləmir. İstilik haqqını ödəməyənlər var deyə. Qaranlıq, üşümək... Düşünürsən, bəlkə sən də elə qar altında qalmısan?! Qarın üstündə səninlə bağlı olanları görmürsən. Eləcə lap uzaqdan sədalar gəlir qulağına...

Deputat: “2018 münaqişənin həllində dönüş nöqtəsi ola bilər”

5 Yanvar 2018 16:40

“2018-ci ilə qədəmlərimizi 2017-ci ildə qazanılmış nailiyyətlər və möhkəm təməllər əsasında qoymuşuq. Cari ildə icra olunacaq layihələr və müəyyən olunmuş hədəflərin əhatə dairəsi daha genişdir”. Bunu millət vəkili Azər Badamov deyib.

SOS: Oksigen azalır, milyonlarla insan öləcək

5 Yanvar 2018 16:38

Elm adamları 1950-cı ildən bəri okeanların sahil bölgələrində aşağı oksigenli sahələrin 10 qat, sıfır oksigenli sahələrin isə 4 qat artdığını açıqlayıb. Açıqlamada 1950-ci ildən bu yana okeaların 77 milyard ton oksigen itirdiyinə diqqət çəkilib. Oksigen çatışmazlığı səbəbindən həmin bölgələrdə artıq dəniz canlıları da yaşamır. Getdikcə ərazisi böyüyən oksigensiz bölgələr dəniz məhsulları ilə qidalanan yüz milyonlarla insanı ac qoya bilər.

Saakaşvili: "Tbilisi məhkəməsinin qərarı sağlam düşüncəyə ziddir"

5 Yanvar 2018 16:36

Gürcüstanın sabiq prezidentiMixeil Saakaşvili Tbilisi şəhər məhkəməsinin qərarını qanunsuz adlandırıb. O bu barədə "Facebook" səhifəsində yazıb. M.Saakaşvili bildirib ki, qərar Gürcüstanın keçmiş baş naziri, “Qazprom” un ən böyük səhmdarı, milyarder Bidzina İvanişvilinin göstərişi ilə verilib: "Düşünürəm ki, Poroşenko və İvanişvili bununla bağlı razılaşıblar. Bu qərar tamamilə qanunsuzdur və bütün beynəlxalq, milli normalara, sağlam düşüncəyə ziddir". 

"Azərbaycanda qadınlar elə bil ki, üzr istəyirəm ifadəmə görə, daha ..."

5 Yanvar 2018 16:33

Müğənni-aparıcı Murad Arif diqqətləri aparıcılığını etdiyi "Status" verlişində şou-biznes əhlinin 2017-ci ildə gördüyü işlərə yönəldib. Mövzusu "Ötən il şou-biznes nə ilə yadda qaldı?" olan verilişdə aparıcı "ilin qadın müğənnisi", "ilin kişi müğənnisi" nominasiyaları üzrə məşhurların adına aydınlıq gətirmək üçün bir neçə tanınmış şou yazarının köməyindən istifadə edib.

İntihar etdiyi deyilən 18 yaşlı qızın sevgilisinin mesajları üzə çıxdı - VİDEO

5 Yanvar 2018 16:32

Günlük kirayəlik bir evin pəncərəsindən yıxılan gənc qızı ağır yaralı halda xəstəxanaya çatdırıb, qaçan şübhəli Erhan M.-nin yazdığı təhdid mesajları ortaya çıxıb. 18 yaşlı Buket Şişekin ölümünün intihar, yaxud cinayət olduğu araşdırılıb. 

Bakı dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biri olub

5 Yanvar 2018 16:30

Bu gün Bakı şəhəri və Abşeron yarımadası dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən birinə çevrilib. Bunu özəl olaraq  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.