Gündəm

Məktəbliləri aparan avtobus aşdı - Ölənlər var

5 Yanvar 2018 18:17

Hindistanda məktəb avtobusu yük maşını ilə toqquşub. Məlumata görə, insident Hindistanın İndor şəhərində baş verib. Qəza nəticəsində 6-sı şagird olmaqla 7 nəfərin həlak olduğu bildirilib. 10-dan çox adamın isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilib.

Yəməndə difteriya bəlası - 46 nəfər dünyasını dəyişdi

5 Yanvar 2018 18:13

Son bir neçə ay ərzində Yəməndə difteriyadan 46 nəfər dünyasını dəyişib. Məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yazareviç deyib.

Millimiz Moldova ilə görüşəcək

5 Yanvar 2018 18:09

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Yanvarın 30-da Türkiyənin Antalya şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Moldova yığması olacaq.  Bu, baş məşqçi Qurban Qurbanovun millidə ilk sınağı olacaq. 

Podolski Kölndə dönərxana açdı

5 Yanvar 2018 18:06

"Qalatasaray"ın sabiq futbolçusu Lukas Podolski Türkiyədə çıxış edərkən dönəri də çox sevirmiş. Hazırda karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirən Podolski dönər biznesinə başlayıb. O, Kölndə dönərxana açıb. Podolski dönərxanasına "Manqal dönər" adı verib.

Çindən istedadlı əcnəbilərə 10 illik viza

5 Yanvar 2018 18:03

Çin alimlərə, sahibkarlara və texnologiya şirkətləri liderlərinə 10 illik viza verəcək.  Çinin "Morning Post" qəzetinin xəbərinə görə, Pekin rəhbərliyi istedadlı əcnəbilərin ölkədəki inkişafa töhfə vermələri üçün 5 ildən 10 ilə qədər çoxgirişli viza tətbiqinə başlayıb.

31 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə aşkarlanıb

5 Yanvar 2018 17:57

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yalnız son 4 gün ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 31 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 7,5 kiloqrama yaxın heroin, 23,5 kiloqramdan çox tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.

Əli İnsanov məhkəmədə iştirak etməkdən imtina etdi

5 Yanvar 2018 17:49

Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb. Ali Məhkəmədə keçiriləcək proses yanvarın 16-na təyin edilib. Şikayətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. Məlumata görə, Ə.İnsanov məhkəmədə iştirak etmək istəmir. O, bu barədə Ali Məhkəməyə yazılı ərizə göndərib.

İqtisadiyyat Nazirliyinin yeni Aparat rəhbəri təyin edilib

5 Yanvar 2018 17:45

Ayaz Əliyev İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib. Məlumata görə, A. Əliyev 1996-2001-ci illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim olub, 2001-2003-cü illərdə Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin Vergi ödəyicilərinin auditinin təşkili şöbəsinin və Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Vergi orqanlarının fəaliyyətinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləyib.

Əhalinin banklarda əmanəti artıb

5 Yanvar 2018 17:36

30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26,393.9 mln. manat, cəmi öhdəlikləri isə 23,255 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından  verilən məlumata görə, sektorun balans kapitalı 3,138.9 mln. manat, əhalinin əmanətləri isə 7,346.6 mln. manat olub. Noyabr ayında əhalinin əmanətləri 1.3% və ya 96.4 mln. manat artıb.

“ABŞ İran üçün “Troya atı” hazırlayır" - Kadırov

5 Yanvar 2018 17:33

Donald Trampın İrandakı etirazçılara yardım etməyi planlaşdırmasını tənqid edən Çeçenistan Respublikasının lideri Ramzan Kadırov ABŞ-ın İran üçün “Troya atı” hazırladığını deyib.

Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunurlar

5 Yanvar 2018 17:27

Quba rayonu ərazisində itkin düşmüşb alpinistlərin axtarışlarına xarici mütəxəssislər cəlb olunur. Bu barədə "Gilavar" Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib. Onun sözlərinə görə, avstriyalı mütəxəssislər bu gündən xilasetmə və axtarış işlərinə qoşulacaqlar. Onların "Mi-17" təyyarəsi ilə hadisə yerinə ezam ediləcəkləri gözlənilir.

ARDNF ötən il hərraclarda 3,6 mlrd. dollara yaxın vəsait satıb

5 Yanvar 2018 17:21

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb. ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, ötən ilin sonuncu ayında Fond tərəfindən valyuta hərraclarında 584,8 mln. dollar məbləğində vəsait satılıb.

Zakir Qaralov: “Ötən il respublikada ictimai rezonansa səbəb olan ağır cinayətlər törədən şəxslər ifşa olunub"

5 Yanvar 2018 17:19

Ötən il respublikada ictimai rezonansa səbəb olan ağır cinayətləri törədən şəxslər ifşa olunub. Məlumata görə, bu barədə baş prokuror Zakir Qaralov Baş Prokurorluqda 2017-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.

Məhkəmə Əfqan Muxtarlını ev dustaqlığına buraxmadı

5 Yanvar 2018 17:18

Jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Balakən rayon Məhkəməsində Hümbət Səlimovun sədrliyi ilə baş tutan prosesdə sənədlərin tədqiqi mərhələsi olub. Cinayət işinin materiallarındakı sənədlər, o cümlədən tutma, axtarış və sair haqda protokollar elan olunub. Daha sonra jurnalistin ev dustaqlığına buraxılması haqda vəsatət verilib. Məhkəmə vəsatəti təmin etməyib.