Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunurlar

Quba rayonu ərazisində itkin düşmüşb alpinistlərin axtarışlarına xarici mütəxəssislər cəlb olunur. Bu barədə "Gilavar" Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib. Onun sözlərinə görə, avstriyalı mütəxəssislər bu gündən xilasetmə və axtarış işlərinə qoşulacaqlar. Onların "Mi-17" təyyarəsi ilə hadisə yerinə ezam ediləcəkləri gözlənilir.

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib. Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31