Gündəm

“Ağıllı” “Samsung” kostyumları idmançılara Olimpiya oyunlarına hazırlaşmağa kömək edir

5 Yanvar 2018 19:34

“Samsung” şirkətinin Niderland bölməsi konkisürmə idman növündə çıxış edən idmançılara məşqlər zamanı nəticələri yaxşılaşdırmağa imkan verəcək “ağıllı” kostyumlar təqdim edib.

Bütün “iPhone” modelləri təhlükə altındadır

5 Yanvar 2018 19:28

“Apple” şirkəti bütün “iMac” və “iPhone” modellərinin prosessorları üçün kritik boşluğun mövcud olmasını etiraf edib. Bu haqda İT nəhənginin saytında deyilir.  

Gündə üç fincan qəhvə içmək insanı diabet və xərçəngdən qoruyur

5 Yanvar 2018 19:23

Gündə üç fincan qəhvə içmək insanı diabet, ürək-damar xəstəlikləri, demensiya (ağıl zəifliyi) və xərçəngdən qoruyur. “British Medical Journal” dərgisinin yazdığına görə, dünya səviyyəsində aparılan araşdırma çox qəhvə içən insanlarda diabet, ürək-damar xəstəlikləri, demensiya və bəzi xərçəng xəstəliklərinə daha az rast gəlindiyini üzə çıxarıb.

Xəbərdarlıq: "Kolbasa qadınlarda xərçəng yaradır"

5 Yanvar 2018 19:17

Şotlandiya alimləri kolbasa və sosiskaların insanda xərçəng xəstəlikləri riskini artırdığı qənaətinə gəliblər.Axar.az xəbər verir ki, müvafiq məlumatla bağlı bəyanat Avropa Xərçəng Jurnalında (EJC) dərc olunub.

Diqqət: Ana südü uşaqları bu xəstəlikdən qoruyur!

5 Yanvar 2018 19:11

Uşaqların döşdən qidalanması gələcəkdə ola biləcək hiperaktivlik və diqqət çatışmazlığı psixi pozğunluğundan xilas edir. Bu cür sindrom kifayət qədər geniş yayılmış neyroxəstəlikdir. Adətən uşaq yaşlarında aşkar olunur.

Yağlı saçlardan qurtulmaq üçün bunları edin...

5 Yanvar 2018 19:05

Qadınların ən böyük problemlərindən biri də saçlarının tez yağlanmasıdır. Hər gün saçlarınızı yumaqdan bezmisinizsə, bu yazını diqqətlə oxuyun:

8K təsvir ölçüsünə malik ilk 88 düymlük OLED ekran təqdim edilib

5 Yanvar 2018 19:00

“LG” şirkəti Las-Veqasda keçiriləcək ənənəvi “CES” illik sərgisində 8K təsvir ölçüsü və OLED displeyə malik dünyada ilk 88 düymlük televizor təqdim etməyə hazırlaşır.

Yeni “Apple” smartfonu nə vaxt buraxılacaq?

5 Yanvar 2018 18:55

ABŞ-ın “Apple” şirkətinin yeni “iPhone SE 2018” smartfonunun martda satışa çıxarılacağı məlum olub. Modelin ucuz versiyasının 2-3 ay sonra buraxılacağı gözlənilir. Qeyd olunur ki, onun texniki xüsusiyyətləri “iPhone 7” smartfonundan zəif olacaq. “Selfie” həvəskarları üçün 12 meqapikselli ön kamera nəzərdə tutulub. 2 giqabaytlıq operativ yaddaşla təchiz ediləcək qurğunun ekran diaqonalının ölçüsü 4 düym təşkil edəcək. Smartfon digər xüsusiyyətlərinə görə “iPhone 7” modelinə uyğun olacaq.

Faiq Ağayevdən maraqlı ETİRAF: “İlk dəfə 4 yaşımda öpüşmüşəm"

5 Yanvar 2018 18:50

“İlk dəfə 4 yaşımda öpüşmüşəm. Qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim”. Məlumata görə, bunu xalq artisti Faiq Ağayev “Klip+” verilişinə açıqlamasında deyib. Sənətçi aparıcının “Kliplərində intim səhnələr olan Faiq Ağayev həyatının intimindən danışmağı sevir? İlk öpüşünüzü xatırlayırsınız?” sualına belə cavab verib: “Hər zaman ancaq sənətdən danışıram. Ev, ailə, şəxsi həyat mənə aiddir. Bu barədə Azərbaycanda danışmaq düzgün deyil. Evdəkilər deyir ki, 4 yaşımda qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim. Məndən əvvəl onu aldılar, indi gözəl ailəsi var”. 

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

5 Yanvar 2018 18:45

Məktəb dövründə valideynləri ən çox narahat edən problemlərdən biri uşaqların dərsə həvəs göstərməməsidir. Valideynlər nə qədər danışıb dil töksələr də, uşaqların dərs oxumağa həvəsi olmur. Bəs həvəssiz uşaqlarla necə davranmaq lazımdır? Uşaqları dərs oxumağa necə təşviq etmək olar? Bununla bağlı valideynlərə faydalı məsləhətlər veririk.

"Qarabağ"ın Reynaldosu "Spartak"da

5 Yanvar 2018 18:40

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Slovakiyada davam etdirəcək. 28 yaşlı hücumçu yüksək liqada mübarizə aparan Trnava "Spartak"ında baxışdadır. "Spartak" Reynaldo ilə yanaşı "Hannover"dən 21 yaşlı kosovolu yarımmüdafiəçi Valmir Süleymanini də heyətinə cəlb edib. Hər iki futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

"Barselona”nın yeni müdaifəçisi

5 Yanvar 2018 18:35

İspaniyanın "Barselona" klubu Kolumbiya yığmasının futbolçusu Erri Mina ilə müqavilə bağlayacaq. Kataloniya təmsilçisi Braziliyanın "Palmeyras" klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçisi üçün 10 milyon avro nəğd, 2 milyon avro isə bonus şəkilində ödəyəcək.

Siqareti tərgitmək istəyənlər üçün XÜSUSİ İÇKİ: Hər səhər için

5 Yanvar 2018 18:30

Siqareti tərgidən insanların ən böyük problemlərindən biri səhər oyandıqlarında hiss etdikləri nikotin ehtiyacıdır. Bədən və beyin bu zəhərin varlığına o qədər alışıb ki, siqareti tərgitdikdə orqanizmdə bir sıra narahatlıqlar ortaya çıxa bilir. Amma istədikdən sonra hər şeyi bacarmaq mümkündür. Bu qarışımla siqareti tərgitmək daha asan olacaq. Səhər yuxudan duranda bu qarışımdan içsəniz, gün boyu siqaret ehtiyacınızı ödəmiş olacaqsınız.

2018-ci ilin ən uğurlu rəqəmləri: İt ilində nələr baş verəcək?

5 Yanvar 2018 18:25

2017-ci ili başa vurduq, artıq təzə ilin ilk günlərini yaşayırıq. Hər il olduğu kimi, bu il də insanlara ilin necə keçəcəyi və hansı il olduğu maraqlıdır. Çin təqviminə görə, ötən il xoruz ili idi. Artıq yeni günlərini yaşadığımız 2018-ci il isə sarı it ilidir. Bu sarı it ilində nələr baş verəcək? Kimə düşərli, kimə uğursuz olacaq?

Koreyalıların şüşə kimi hamar dərisinin və cavan GÖRÜNMƏSİNİN SİRRİ

5 Yanvar 2018 18:21

40 yaşında dəri artıq elastikliyini itirir. Çoxları düşünür ki, yaşlılıq əleyhinə bahalı fransız kosmetikaları bu problemi aradan qaldıra bilər. Halbuki, belə deyil. Koreyalarıların dəri baxım məhsulları çoxdan dünya üzrə birincilik qazanıb. Təəccüblü deyil ki, koreyalı qadınlar yaşından çox cavan qalır. Çünki onlar əbədi gəncliyin sirlərini bilirlər.