"Barselona”nın yeni müdaifəçisi

İspaniyanın "Barselona" klubu Kolumbiya yığmasının futbolçusu Erri Mina ilə müqavilə bağlayacaq. Kataloniya təmsilçisi Braziliyanın "Palmeyras" klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçisi üçün 10 milyon avro nəğd, 2 milyon avro isə bonus şəkilində ödəyəcək.

İspaniyanın "Barselona" klubu Kolumbiya yığmasının futbolçusu Erri Mina ilə müqavilə bağlayacaq. Kataloniya təmsilçisi Braziliyanın "Palmeyras" klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçisi üçün 10 milyon avro nəğd, 2 milyon avro isə bonus şəkilində ödəyəcək. Futbolçunun özü ilə 2022-ci ilə qədər müqavilə bağlanılacaq. Kolumbiyalının yanvarın 8-də Kataloniya təmsilçisinə qoşulacağı bildirilir.

Qeyd edək ki, Erri Mina daha əvvəl vətənində "Deportivo Pasto" və "Santa-Fe" komandalarında çıxış edib. O, 2016-cı ildən etibarən yığmanın heyətində 9 oyuna çıxıb və 3 qol vurub. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31