Gündəm

Fazil Məmmədov vəzifəyə gedir

6 Yanvar 2018 11:19

Bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən çıxarılan Fazil Məmmədov səfir təyin oluna bilər. Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri olan keçmiş nazir bunun üçün bütün əlaqələrini işə salıb. İddia olunur ki, hətta F. Məmmədovun səfir təyin olunması üçün razılıq əldə olunub və bu post məhz bu səbəbdən boşaldılıb və hələ ki təyinat yoxdur.

ABŞ-ın İranda əsas məqsədi... – Ekspert

6 Yanvar 2018 10:36

ABŞ-ın ilin sonunda İsraillə apardığı müzakirələr Vaşinqtonun İran siyasətini açıq şəkildə ortaya qoyurdu. Aydındır ki, əsas məqsəd İranda rejim dəyişikliyi idi.

İş yerini itirən neçə ay sığorta alacaq?

6 Yanvar 2018 10:33

İşsizlikdən Sığorta Fondundan yalnız əmək müqaviləsi olan şəxslər yararlana bilər. Bu sözləri  iqtisadçı ekspert Vüqar Bayramov “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarın ləğv edilməsinə münasibət bildirərkən deyib.

Ermənistanda hazırlıqlar gedir, aprel ayında... - Politoloq

6 Yanvar 2018 10:31

Azərbaycan və Türkiyə ilə Ermənistanın münasibətləri düzəlmədikcə açıq şəkildə demək olar ki, Ermənistanın nə iqtisadiyyatında, nə də siyasətində köklü dəyişiklik olacaq.

ABŞ-ın kəşfiyyat şefi istefaya gedir

6 Yanvar 2018 10:29

Amerika Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbəri admiral Maykl Rocers yazda istefaya gedəcək. Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti yayıb.

ABŞ-ın kəşfiyyat şefi istefaya gedir

6 Yanvar 2018 10:29

Amerika Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbəri admiral Maykl Rocers yazda istefaya gedəcək. Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti yayıb.

Gürcülər Ukrayna ordusunu tərk etdi – Gərginlik

6 Yanvar 2018 10:27

Gürcü legionu komandanlığın qanunsuz fəaliyyətlərini səbəb göstərərək Ukrayna ordusunun 54-cü briqadasının tərkibindən çıxıb. Bu barədə legionun Feysbuk hesabında yazılıb.

Yıldırım Türkiyə istehsalı olan silahla qorunacaq

6 Yanvar 2018 10:25

Türkiyənin Baş naziri Binəli Yıldırımın mühafizə dəstəsinə milli istehsal olan yeni MPT-55 avtomatları verilib.  Binəli Yıldırımın “Akif İnan Vəqfi” ziyarəti və cümə namazı zamanı mühafizəçilər məhz MPT-55 avtomatından istifadə edib. Məlumata görə, avtomatlar hələlik yalnız Binəli Yıldırımın cangüdənləri və Çanqaya Köşkünün mühafizəçiləri tərəfindən istifadə edilir.

Tillerson: “ABŞ və Rusiya arasında çox mühüm danışıqlar aparılacaq”

6 Yanvar 2018 10:23

ABŞ və Rusiya “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə dair çox mühüm danışıqlar aparmağı planlaşdırır.  Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

Süni intellekt alqoritmləri xəstəlikləri diaqnozlaşdıracaq

5 Yanvar 2018 20:05

Bu il Böyük Britaniyanın dövlət xəstəxanalarında həkimlərə ürək və ağciyər xəstəliklərinin diaqnozlaşdırılmasında kömək edəcək ilk süni intellekt alqoritmlərinin tətbiqinə başlanılacaq. Bütün xəstələr süni intellekt xidmətlərindən pulsuz yararlana biləcək.

Yeni texnologiya düşüncənin gücü ilə avtomobili idarə etməyə imkan verəcək

5 Yanvar 2018 19:55

Tamamilə avtonom işləyən avtomobillər hələ kütləvi hal almasa da, bir çox texnologiya şirkətləri yarı avtomat sistemlərin hazırlanması ilə məşğul olur. İndi Yaponiyanın “Nissan” avtomobil istehsalçısı belə sistem təqdim edib. Yeni texnologiya avtomobil sürücüsünün fikrini oxuyaraq öncədən bu əməliyyatı yerinə yetirəcək. Sistem “Brain-to-Vehicle” və ya “B2V” adlandırılıb.

Hamiləlik zamanı bu infeksiyalar çox təhlükəlidir

5 Yanvar 2018 19:50

İnfeksiyanın dölə necə təsir etməsi hamiləliyin trimestrindən, ananın immun sistemindən və xəstəlik törədən mikroorqanizmin xarakterindən asılıdır. Əgər hamiləliyin birinci trimestrində (5-6 həftə) baş veribsə, embrionun ölməsi, təbii abortla müşahidə oluna bilər. Əgər hamiləlik davam etsə, döldə orqanların çoxlu sayda inkişaf anomaliyaları meydana çıxacaq. Hamiləliyin ikinci trimestrində (2 həftədən başlayaraq) dölün orqanları formalaşdığından, infeksiya orqanlara ciddi təsir edə bilməsə də, plasentanın infeksiyalaşmasına gətirib çıxarır. Bu da vaxtından qabaq doğuşa səbəb olur. Bu zaman nə baş verir? – İnfeksiya anadan dölə iki yolla ötürülür: hematogen və şaquli.

Qış depressiyasının əsas səbəbi açıqlandı

5 Yanvar 2018 19:44

Havalar soyuduqca orqanizmin müqaviməti də azalır. Həmin problemi aradan qaldırmaq üçün onu həm fiziki, həm də psixoloji cəhətdən gücləndirmək və qışa hazırlamaq lazımdır. Qış depressiyası çox tez-tez rast gəlinən problemdi.

“Samsung Galaxy S8” smartfonlar arasında etalon seçilib

5 Yanvar 2018 19:39

“4PDA” nəşri ekspertlərin 2017-ci il buraxılışlı sınaqdan keçirdikləri 150 smartfonun reytinqini tərtib edib. Siyahıda birinci yeri Cənubi Koreya istehsalçısının qabaqcıl “Samsung Galaxy S8” smartfonu tutub.