Gündəm

Ödündə daş olanlara XƏBƏRDARLIQ: vaxtında əməliyyat olunmasanız...

6 Yanvar 2018 19:39

Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda öd daşı xəstəliyi çox geniş yayılıb. Bəs görəsən öd daşının yaranma səbəbləri hansılardır? Öd daşından qurtulmaq üçün nə etmək lazımdır? Tibb üzrə fəlsəfə doktoru, həkim Mircəlal Kazıminin bu haqda fikirlərini diqqətinizə çatdırırıq.

Balıq uşağın qida rasionunun təməli olmalıdır

6 Yanvar 2018 19:34

Pensilvaniya Universitetinin professoru Adrian Reyn uşaqların qida rasionuna balığın daxil edilməsini təkidlə tövsiyə edir. Onun tədqiqatları göstərib ki, ən az həftədə bir dəfə balıq yeyən uşaqlar daha yüksək intellekt koeffisientinə malik olur. Bu göstərici onlarda balıq yeməyən uşaqlardan 4,8 bal yüksəkdir. Həmçinin qida rasionunda balıq olan uşaqların yuxusu daha möhkəm olur. Onlar nadir hallarda gecələr oyanır və gün ərzində daha az yorulur. Bu uşaqları yatırmaq da asandır.

BDU-nun təsis etdiyi iki beynəlxalq elmi jurnal çapdan çıxıb

6 Yanvar 2018 19:30

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu New Materials, Compounds and Applications (Yeni materiallar, birləşmələr və tətbiqləri) və Low Dimensional Systems jurnallarının ilk sayları çapdan çıxıb. Olaylar.az bildirir ki, Low Dimensional Systems jurnalı Bakı Dövlət Universiteti, New Materials, Compounds and Applications jurnalı isə Bakı Dövlət Universiteti və Jomard Publishing nəşriyyatı tərəfindən təsis edilib. Qeyd edək ki, hər iki jurnalın mövzusu təsadüfi seçilməyib və Azərbaycanda ənənəvi elmi məktəblərə və tanınmış alimlərə malik olan elm sahələrinə həsr edilib.

Təsnif olunmamış epilepsiya tutmaları

6 Yanvar 2018 19:28

Generalizə olunmuş epilepsiya tutmaları əksər hallarda şüurun itməsi ilə müşayət olunmaqla qıcolmalı və qıcolmasız formalara ayrılır. Tutmalar ensefaloqrammada ikitərəfli,simmetrik və sinxron epileptik dərəcələrlə xarakterizə edilir.

Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

6 Yanvar 2018 19:24

Ukraynanın Xarkov vilayətinin Krasnoqrad şəhərində azərbaycanlı sahibkar yoxa çıxıb. Məlumata görə, 1966-cı il təvəllüdlü iş adamı Süleyman Əhmədəliyev yanvarın 2-də şəhər ətrafındakı evindən çıxaraq, günün sonuna qədər qayıdacağını bildirib. Onun Donetsk istiqamətinə getdiyi, bir daha geri qayıtmadığı, o vaxtdan onunla əlaqənin itdiyi bildirilir.

İtkin düşmüş alpinistlər ilə bağlı cinayət işi açıldı - Məsuliyyət kimdədir?

6 Yanvar 2018 19:20

Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı. Bu barədə Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumatda qeyd olunur ki, 23 dekabr 2017-ci il tarixdə “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində qalxan “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunmaqla axtarışa başlanılıb.

Məşhur türk aktyoru:  "Tualetə girib dəstəmaz alırdım"

6 Yanvar 2018 19:17

“Daim keçirdiyim dərin narahatlıq hissi inancsız olmağımla bağlı idi.” 1986-cı ilin iyun ayında “Zafer” jurnalında nəşr olunan müsahibədə “Yeşilçam”ın məşhur aktyoru Münir Özkul inkarçılığını və qaranlıqlardan çıxaraq Allaha qovuşması haqqında danışıb.

Prezident İlham Əliyev Xaçmazda yol tikintisi ilə bağlı sərəncam imzalayıb

6 Yanvar 2018 19:16

Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Nazirin təyyarəsi təcili eniş etdi

6 Yanvar 2018 19:15

Türkiyənin ətraf mühit və şəhərçilik naziri Mehmet Özhasekinin təyyarəsi təcili eniş edib. Təyyarə Kocaeli vilayətində pilotin kabinəsində yanğın baş verməsi ilə bağlı təcili enməli olub.

Elektrik dirəyi aşdı

6 Yanvar 2018 19:13

Çinin cənub-qərbindəki Malipo bölgəsində yüksək gərginlikli elektrik xəttinin tikintisi zamanı dirəyin aşması nəticəsində 4 işçi həlak olub.

Bakıda sərnişin avtobusu aşıb, xəsarət alanlar var -  YENİLƏNİB-1

6 Yanvar 2018 19:12

Zığ şosesində avtobusun aşması nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib. Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. L. Bayramova onların 3 saylı şəhər Xəstəxanasına yerləşdirildiyini və müvafiq tibbi yardım göstərildiyini bildirib. 

Tərtərdə qumbara tapıldı

6 Yanvar 2018 19:10

Tərtər rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Uşaqlarınızı dərmansız belə müalicə edin! - Həkimlərdən VACİB MƏSLƏHƏT

6 Yanvar 2018 19:09

Böyüməkdə olan uşaqların gündəlik həyatda qarşılaşdıqları ağrılara qarşı dərmandan istifadə etmədən, müxtəlif təsirli metodlarla onları müalicə etmək mümkündür. Uşaq xəstəlikləri üzrə mütəxəssislər Ebru Gözər və Ayşə Sokullu bu barədə açıqlama veriblər. Həkimlərin birgə araşdırmasında qeyd olunur ki, ağrını dəyərləndirməkdə ilk növbədə ona səbəb olan problemi dəqiq müəyyən etmək və həmin səbəbə qarşı mübarizə aparmaq lazımdır.

ABŞ-da silahlı insident

6 Yanvar 2018 11:23

Alpinistlərin axtarışına Türkiyyədən mütəxəsislər cəlb edilir

6 Yanvar 2018 11:20

AKUT- Arama Kurtarma Dərnəyi adlı təşkilata aplinistlərin axtarışı üçün müraciət edilib. Qarşı tərəf Azərbaycan Respublikasından rəsmi dəvət təstiqi gözləyir. Sənədləşdirmə prosesinin sürətləndirilməsi ilə alpinistlərin axtarışı müsbət nəticələnə bilər.