Gündəm

5 min nəfər vətəndaşlıqdan məhrum edildi

8 Yanvar 2018 06:06

Prezident Pyotr Poroşenko 2017-ci ildə 5 mindən çox insanı Ukrayna vətəndaşlığından məhrum edib. Bu barədə məlumatı dövlət başçısının administrasiyası yayıb.

Azərbaycandan Türkiyəyə gedən avtobus Gürcüstanda yandı

8 Yanvar 2018 06:04

Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib. Avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Ər arvadının cehizlərini oğurladı

7 Yanvar 2018 16:16

Bakıda qəribə oğurluq hadisəsi baş verib. General Şıxlınski küçəsi 42 ünvanındakı binada yaşayan 34 yaşlı Badam Veyisova (ad şərtidir) polisə müraciət edərək bildirib ki, həyat yoldaşı onun cehizlik əşyalarını oğurlayıb.

Stokholm metrosunda partlayış olub - YENİLƏNİB

7 Yanvar 2018 16:13

Bu gün Stokholm metrosunda partlayışa səbəb əl qumbarası olub. Bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb. Partlayış nəticəsində 60 yaşlı kişi və 45 yaşlı qadın yaralanıb.

Türkiyə vətəndaşı tanış olduğu qadın tərəfindən qarət edildi - Bakıda

7 Yanvar 2018 16:06

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Rayonun S.Vəzirov küçəsində evlərdən birində kirayədə qalan Türkiyə vətəndaşı İbrahim Mustafaya qarşı cinayət törədilib. Polisə müraciət edən Türkiyə vətəndaşı bildirib ki, onun evindən qızıl saatı və 2 mobil telefonu oğurlanıb.

Rusiyada müsəlman qadın jurnalistin prezidentliyə namizədliik iddiası rədd edildi

7 Yanvar 2018 16:05

Dağıstan Muxtar Respublikasının Baş Müftisinin xanımı, "İslam" jurnalının baş redaktoru Ayna Gamzatovanın Rusiya prezidentliyinə namizədlik iddiası rədd edilib. Rusiya Mərkəzi Seçki Komissiyası namizədliyin qəbul edilməmə səbəbi kimi bəzi prosedurların düzgün aparılmadığını göstərib.

8 günə 5 general həlak oldu

7 Yanvar 2018 16:02

Lotereyada fantastik UDUŞ: 560 milyon dollar

7 Yanvar 2018 12:51

ABŞ-da adı açıqlanmayan bir nəfər "Powerball" lotereyasında 559,7 milyon dollar udub. Uduşlu bilet Nyu-Qempşir ştatında satılıb. Bundan əvvəl 2017-ci ildə 53 yaşlı Massaçusets sakini lotereyada 758 milyon dollar udmuşdu. 

Suriyada Rusiya aviabazasına növbəti hücum

7 Yanvar 2018 12:50

Ötən gün yanvarın 6-da axşam saatlarında Rusiyanın Suriyadakı Hmeymim aviabazasına yeni hücum olub. Bu haqda terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan "Directorate 4" Telegram-kanalı məlumat yayıb.

Myanmada 5,5 maqnitudalı zəlzələ olub

7 Yanvar 2018 11:39

Bu gün Myanmada güclü zəlzələ olub. Məlumata görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

DİN-dən tapılan çeçen qadınla bağlı - Açıqlama

7 Yanvar 2018 11:13

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda tapılan 104 yaşlı çeçen qadınla bağlı məsələyə aydınlıq gətirib. Bu barədə açıqlama verən DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər.

11 şahzadənin həbsinin səbəbi AÇIQLANDI: su və işıq pulu

7 Yanvar 2018 11:11

Səudiyyə Ərəbistanında 11 şahzadənin həbsinin səbəbi açıqlanıb. Buna səbəb şahzadələrin kral sarayında etiraz keçirməsi olub. Bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Müjib bildirib.

Aralıq dənizində 25 miqrant batdı

7 Yanvar 2018 11:08

Liviya sahillərində hava ilə doldurulmuş qayığın çevrilməsi nəticəsində azı 25 nəfər batıb. Gəminin digər sərnişinlərini xilas etmək mümkün olub. Qaçqınlar Aralıq dənizindən keçərək Avropaya getmək niyyətində olublar.

Üsyançılar 13 gənci qətlə yetirdi, 6 nəfəri yaraladı

7 Yanvar 2018 11:06

Seneqalda separatçı üsyançılar 13 gənci qətlə yetirib. Bu barədə Seneqal ordusunun nümayəndəsi Abdou Ndiaye bildirib. Onun sözlərinə görə, qətlə yetirilən gənclər Ziquinçor şəhərinin yaxınlığındakı meşədə odun yığırmış. Üsyançıların hücumu zamanı, həmçinin daha 6 nəfər xəsarət alıb.