Stokholm metrosunda partlayış olub - YENİLƏNİB
Bu gün Stokholm metrosunda partlayışa səbəb əl qumbarası olub. Bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb. Partlayış nəticəsində 60 yaşlı kişi və 45 yaşlı qadın yaralanıb.
7 Yanvar 2018 16:13 DünyaBu gün Stokholm metrosunda partlayışa səbəb əl qumbarası olub. Bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb.
Partlayış nəticəsində 60 yaşlı kişi və 45 yaşlı qadın yaralanıb.
Stokholm Polis Departamentinin nümayəndəsi Sven-Erik Olsson bildirib ki, partlayış yaralanan şəxslərdən birinin yerdəki cismi götürən zaman baş verib. Partlayışdan sonra metro və ətrafı polis tərəfindən əhatəyə alınıb.
***
saat 15.41
Bu gün İsveçin paytaxtı Stokholmda metro stansiyasında partlayış baş verib. Partlayış nəticəsində ən azı 2 nəfər yaralanıb.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Apa