Rusiyada müsəlman qadın jurnalistin prezidentliyə namizədliik iddiası rədd edildi
Dağıstan Muxtar Respublikasının Baş Müftisinin xanımı, "İslam" jurnalının baş redaktoru Ayna Gamzatovanın Rusiya prezidentliyinə namizədlik iddiası rədd edilib. Rusiya Mərkəzi Seçki Komissiyası namizədliyin qəbul edilməmə səbəbi kimi bəzi prosedurların düzgün aparılmadığını göstərib.
7 Yanvar 2018 16:05 DünyaDağıstan Muxtar Respublikasının Baş Müftisinin xanımı, "İslam" jurnalının baş redaktoru Ayna Gamzatovanın Rusiya prezidentliyinə namizədlik iddiası rədd edilib.
Rusiya Mərkəzi Seçki Komissiyası namizədliyin qəbul edilməmə səbəbi kimi bəzi prosedurların düzgün aparılmadığını göstərib.
Bildirilib ki, A.Gamzatova özünün, həyat yoldaşının və 18 yaşından böyük uşaqlarının maliyyə vəziyyətini əks etdirən sənədlər də daxil olmaqla, lazımlı bəzi sənədləri komissiyaya təqdim etməyib. Publika.az