5 min nəfər vətəndaşlıqdan məhrum edildi

Prezident Pyotr Poroşenko 2017-ci ildə 5 mindən çox insanı Ukrayna vətəndaşlığından məhrum edib. Bu barədə məlumatı dövlət başçısının administrasiyası yayıb.

Prezident Pyotr Poroşenko 2017-ci ildə 5 mindən çox insanı Ukrayna vətəndaşlığından məhrum edib. Bu barədə məlumatı dövlət başçısının administrasiyası yayıb.

"Vətəndaşlığın dayandırılması haqqında fərmanlar 4296 nəfərin vətəndaşlıqdan çıxması, 47 nəfərin vətəndaşlığını itirməsi nəticəsində və 825 nəfərə qarşı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş əsaslar üzrə verilib", - deyə bəyanatda bildirilir.

Eyni zamanda ötən il cəmi 957 nəfərə bu ölkənin vətəndaşlığı verilib.

1991-ci ildən Ukrayna əhalisi 9,5 milyon nəfər azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31