Aralıq dənizində 25 miqrant batdı

Liviya sahillərində hava ilə doldurulmuş qayığın çevrilməsi nəticəsində azı 25 nəfər batıb. Gəminin digər sərnişinlərini xilas etmək mümkün olub. Qaçqınlar Aralıq dənizindən keçərək Avropaya getmək niyyətində olublar.

Göyərtəsində 100-dən çox qaçqının olduğu qayıq neytral sularda çevrilib. Liviya sahil mühafizəsinin qəza baş verən əraziyə dərhal yollanmaq üçün lazımi vasitələri olmayıb. Faciəyə səbəb kimi hava şəraitinin pis olması göstərilib. Miqrantların xilas edilməsi prosesində İtaliya sahil mühafizəsi iştirak edib. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31