Üsyançılar 13 gənci qətlə yetirdi, 6 nəfəri yaraladı

Seneqalda separatçı üsyançılar 13 gənci qətlə yetirib. Bu barədə Seneqal ordusunun nümayəndəsi Abdou Ndiaye bildirib. Onun sözlərinə görə, qətlə yetirilən gənclər Ziquinçor şəhərinin yaxınlığındakı meşədə odun yığırmış. Üsyançıların hücumu zamanı, həmçinin daha 6 nəfər xəsarət alıb.

Hücumu Qvineya Bisau ilə həmsərhəd bölgədə fəallıq göstərən Kasamans Demokratik Qüvvələri Hərəkatına aid 15 separatçı həyata keçirib. Hazırda hərbçilər onları axtarır. Seneqal hökuməti hücumdan bir gün əvvəl atəşkəsin əldə olunması üçün separatçı qruplaşmaya aid iki məhbusu buraxıb. Kasamans Demokratik Qüvvələri Hərəkatı Seneqaldan ayrılmaq üçün 1982-ci ildən mərkəzi hökumətə qarşı silahlı mübarizə aparır. Uzun illər davam edən silahlı qarşıdurma hər iki tərəfdən minlərlə insanın həyatına son qoyub. Report "Sinxua" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31