“Azərbaycanda tətbiq edilən metodun orijinallığı ondan ibarətdir ki...”

Fransa Prezidenti Emmanuel Makron yalan informasiya yayan media orqanlarına qarşı mübarizənin gücləndiriləcəyini bildirib. E.Markon qeyd edib ki,demokratiyanı yalandan müdafiə etmək zəruridir.

Müşfiq Ələsgərli: "Bu sistem həm söz azadlığını təmin edir, həm də neqativlərə qarşı effektiv mübarizəni təmin edir"

Fransa Prezidenti Emmanuel Makron yalan informasiya yayan media orqanlarına qarşı mübarizənin gücləndiriləcəyini bildirib. E.Markon qeyd edib ki,demokratiyanı yalandan müdafiə etmək zəruridir.

Xatırladaq ki, Azərbaycanda əsassız informasiya yayan media orqanlarına qarşı bu səpgili mübarizə xeyli əvvəl başlayıb və bu istqamətdə güclü qanunvericilik bazası formalaşıb. Maraqlıdır, ölkəmizin bu istiqamətdə atdığı addımlar Fransa və digər dövltələr üçün nümunə ola bilərmi?

Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnlistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycanın bu istiqamətdə ciddi addımlar atdığını təsdiqlədi:

"Internet bir kommunukasiya vasitəsi kimi ortaya çıxıb. Lakin sonradan interet ötürücülük funksiyasından çıxaraq həm də başqa funksiyalara yiyələnib. Əgər internet ilk vaxtlar hazır xəbərlərin paylaşılması üçün istifadə edilirdisə, bu paylaşımları edən daha çox jurnalistlər idisə, bu gün internetdə onun özünə uyğun olaraq yeni xəbər istehsalçıları qrupu fəaliyyət göstərir. Internetə çıxışı olan hər bir kəs xəbər istehsalçısıdır. Onlar qarşılarına çıxan hər hansı bir hadisəni xəbərə çevirib internetdə paylaşa bilirlər. Lakin onların paylaşdığı xəbərlər məlumat yayma standartlarına nə qədər uyğundur, təəssüf ki, bunu nəzərə almırlar. Onlar bu cür xəbərləri öz düşüncələrinə, duyğularına və hüquqi biliklərinə əsasən hazırlayırlar. Bu, dünyanın hər yerində  belədir. İnternetin inkişfına uyğun olaraq ortaya çıxmış yeni media və yeni xəbər istehsalçılığı standartı çox ciddi problemlər yaradır.

Bu problemlərin həlli üçün vahid dünya modeli mövcud deyil. Vahid model olmadığı üçün hər ölkə öz milli şəraitinə uyğun olaraq müəyyən addımlar atır. İranın, Çinin, Rusiyanın, Qərbin və s.-nin hər birinin bununla bağlı öz mübarizə metodu mövcuddur. Azərbaycan da bu problemə qarşı mübarizədə müəyyən metodlar tətbiq edib. Azərbaycanın tətbiq etiyi metodun dünyanın digər ölkələri ilə müqayisədə ciddi bir fərqi var. Azərbaycanın tətbiq etdiyi metodun orijinallığı ondna ibarətdir ki, bu metod həm internet və söz azadlığının qorunmasını təmin edir, həm də təhlükəli məqamların ortadan qaldırılmasını təmin edir. Yəni həm demokratik prinsiplərin qorunması reallaşır, həm də yalan informasiyaya qarşı hüquqi ölçülərin götürülməsi gerçəkəşir.

Bu ilin yayında bizdə informasiya təhlükəsizliyi haqqında qanuna yeni əlavə və dəyişikliklər edildi. Bu, olduqca mütərəqqi bir dəyişiklik idi. Öncədən xəbər istehsalçısına xəbərdarlıq olunur ki, yol verdiyin neqativi aradan qaldır. Əgər o neqativ aradan qaldırılmırsa, o zaman həmin saytın bloklanması baş verir və bundan sonra məhkəmə çəkişməsi keçirilir. Əgər informasiya yayanın haqlı olduğu məhkəmə nəticəsində bəlli olsa, həmin informasiya blokdan çıxarılır. Yox haqlı deyilsə, o zaman blokda qalır. Azərbaycan bu istiqamətdə ciddi addımlar atıb və konkret uğurlar əldə edib". Moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31