Deputat: “2018 münaqişənin həllində dönüş nöqtəsi ola bilər”
“2018-ci ilə qədəmlərimizi 2017-ci ildə qazanılmış nailiyyətlər və möhkəm təməllər əsasında qoymuşuq. Cari ildə icra olunacaq layihələr və müəyyən olunmuş hədəflərin əhatə dairəsi daha genişdir”. Bunu millət vəkili Azər Badamov deyib.
5 Yanvar 2018 16:40 Siyasət"2018-ci ilə qədəmlərimizi 2017-ci ildə qazanılmış nailiyyətlər və möhkəm təməllər əsasında qoymuşuq. Cari ildə icra olunacaq layihələr və müəyyən olunmuş hədəflərin əhatə dairəsi daha genişdir". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, birinci yerdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və torpaqlarımızın işğaldan azad edilməsi dayanır: "Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bizim üçün həmişə olduğu kimi birinci yerdə dayanır. 2018 -ci ildə də bu istiqamətdə danışıqlar aparılacaq və düşünürəm ki, cari il bu problemin həllində dönüş nöqtəsi ola bilər və buna ümidlər daha çoxdur. İkincisi isə başladığımız iqtisadi islahatların davam etdirilməsi, böyük layihələrin icrası və ölkəmizin inkişaf etdirilməsi dayanır. Bunun üçün böyük iqtisadi potensialımız var və düşünürəm ki, cari il iqtisadi layihələrdən səmərə götürə biləcəyimiz il olacaqdır. 2018-ci ildə yeni investisiya layihələrin, o cümlədən Sumqayıt polimer və karbamid zavodlarının, TANAP layihəsinin və çoxlu sənaye sahələrinin istismara verilməsi gözlənilir ki, bu da Azəbaycan iqtisadiyyatının sürətli inkişafına öz töhfəsini verəcək. 2018-ci ildə mal və məhsulların istehsal həcimləri artacaq və ixracımız idxaldan dəfələrlə çox olacaq və bu da ölkəmizə valyuta axınını təmin etməklə manatın alıcılıq qabiliyyətini artıracaq.
Cari ildə sosial investisiya layihələrin icrası spektiri də genişlənəcəkdir ki, bu da vətəndaşlarımızın güzəranının daha da yaxşılaşmasına xidmət edəcək. Ümumiyyətlə götürüldükdə proqnozlar pozitivdir və mövcud potensial 2018-ci ilin ölkəmiz, dövlətimiz və xalqımız üçün uğurlu olacağını deməyə əminlik yaradır". Sia.az