Gündəm

104 yaşlı çeçen qadını Kərbala adıyla Gədəbəyə göndərdilər, küçədə tapıldı…

5 Yanvar 2018 14:56

Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib. Bu barədə virtualaz.org saytına qadına sığınacaq verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.

Yadplanetlilər Azərbaycan sərhədlərinə gəldi – VİDEO

5 Yanvar 2018 14:34

İstifadəçilər Yutub saytında nəhəng meduzanı xatırladan çox qəribə obyektin təsvirinin yer aldığı videoçarx yerləşdiriblər. Videonu naməlum adamlar dəniz səviyyəsindən 5642 metr yüksəklikdə olan Elbrus zirvəsində çəkiblər. Məlumata görə, görüntülər ötən ilin dekabrında qeydə alınıb.

İran hakimiyyəti daxildə bir sıra islahatlara gedəcək

5 Yanvar 2018 14:30

Son günlər cənub qonşumuz İran İslam Respublikası dünyanın diqqətini özünə cəlb etməyi bacarıb desək yanılmarıq. Amma mənfi mənada. Mənfi məna dedikdə, ümumiyyətlə, İslam Respublikası bu günə qədər nə Azərbaycan. Türkiyə kimi yaxın qonşuları, nə də dünyaya müsbət hansısa bir örnək göstərməyib, regionda və dünyadakı sabitliyə, sülhə, təhlükəsizliyə bu və ya formada qatqısı olmayıb. Əksinə nüvə silahı yaratmaq iddiası ilə bəşəriyyət üçün təhlükə yaradıb.

AŞPA-dakı nümayəndə heyətimiz qış sessiyasına yeni tərkibdə gedəcək

5 Yanvar 2018 14:23

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, təşkilatın yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək. Milli Məclisdən bildirilib ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar.

Ölkənin iqtisadi dayanıqlılığına daha bir töhvə

5 Yanvar 2018 14:19

Azərbaycanda sahibkarlığın inkiafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər qanunvericilik sahəsinin təkmilləşdirilməsindən tutmuş yeni qurumların yaradılmasına qədər ən müxtəlif sahələri əhatə edir. Bir müddət öncə ölkə parlamenti “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik edərək sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü apardı. Belə ki, sözgedən qanuna əlavə edilən yeniliyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

Bir zamanların məşhurunu sevgilsinin qarğışı bu hala saldı - Canlı yayımda ŞOK İDDİA 

5 Yanvar 2018 14:17

Maliyyə baxımından çətin günlər yaşayan və intiharın bir addımlığında olduğunu açıqlayan keçmiş "Arsenal" və "Qalatasarayl"ı Emmanuel Ebouenin açıqlamaları İngiltərənin gündəminə damğa vurmuşdu. 

Bazarın saxta duzları

5 Yanvar 2018 14:14

Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi islahatlar nəticəsində əhalinin ərzaq təhlükəsizliyi sahəsində mühüm irəliləyişlər, uğurlu nəticələrin əldə edilməsi heç kimdə şübhə yaratmır. Məhz dövlət başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir ki, respublikaya idxal olan yeyinti və sənaye məhsullarının çeşidləri genişlənib. Hazırda bir sıra xarici ölkələrdən ən keyfiyyətli məhsullar respublikamıza idxal olunmaqdadır. Lakin bəzi hallarda daxili bazarlarda gizli sexlərdə istehsal olunan dünyanın ən məhşur brend mallarına rast gəlmək mümkündür.

Rusiya 60 türkü həbs etdi - Çubarov

5 Yanvar 2018 14:13

Rusiya Krım tatarlarına qarşı təzyiqləri gücləndirib. Bunu “5-ci kanal”a müsahibəsində Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov söyləyib. “Krımda həbs edilən tatarların sayı 60-a çatıb. Mən sizə hələ böyük pul cərimələri alan insanlardan bəhs etmirəm. Onların sayı bir neçə yüz nəfərdir.

Balıq ovunun kvotası təsdiqləndi

5 Yanvar 2018 14:10

Nazirlər Kabineti “2018-ci il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”nın və “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nü təsdiq edib.

Bu qızın qatilini də Xoşqədəm tapıb - 20 il sonra həbs edildi - VİDEO

5 Yanvar 2018 13:58

Bir neçə gün əvvəl daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Ötən il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Məşhur aktyor uzun surən xəstəlikdən sonra vəfat etdi

5 Yanvar 2018 13:56

Türkiyənin məşhur aktyoru Münir Özkul 93 yaşında vəfat edib. Aktyor “Hababam sinfi” filmindəki Mahmud Hoca obrazı ilə məşhurdur. Bundan əlavə aktyor “Nəşəli günlər”, “Mavi Muncuq”, “Arım, balım, pәtәyim”, “Bizim ailə” kimi filmlərdə də rol alıb.

Ronaldo bu 3 klubdan birində OYNAYA BİLƏR

5 Yanvar 2018 13:52

Son dövrlər "Real"dan ayrılmaq istədiyi iddia olunan Kriştiano Ronaldo ilə bağlı yeni iddialar ortaya atılıb. Portuqaliyalı ulduzu 3 klub transfer etmək istəyir. "Don Balon"un iddiasına görə, bu klublar PSJ, "Çelsi" və "Los Anceles Qalaksi"dir.

Xizəkçilər kanatda asılı qaldılar - Kurortda təhlükəli anlar - VİDEO

5 Yanvar 2018 13:49

Avstriyadakı xizək kurortunda təhlükəli anlar yaşanıb. Güclü külək səbəbindən hərəkətdə olan kanat enmə məntəqəsinə çata bilməyib və havada qalıb. O, güclü küləyin təsirindən sürətlə sağa-sola doğru yellənib.

Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu müzakirə edilib

5 Yanvar 2018 13:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində  “Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına dövlət dəstəyindən danışıb. O, həmçinin xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə malik olduğunu, bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu bildirib.

Özbəkistan elektron viza ilə bağlı Azərbaycanın təcrübəsini tətbiq edəcək

5 Yanvar 2018 13:44

Özbəkistan hökuməti elektron viza verilməsində Azərbaycanın və Gürcüstanın təcrübəsini tətbiq edəcək. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Özbəkistanın Dövlət Turizm Komitəsi hazırda bu məsələ üzərində işləyir.