Gündəm
Təhsil İdarəsi məktəblilər üçün bayram tədbirləri təşkil edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin bayram tətili günlərini səmərəli, maraqlı və əyləncəli keçirmələri üçün bir sıra tədbirlər təşkil edilib.
Xidmət rəisi vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yanvarın 18-də Xidmətin İsmayıllı rayon şöbəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
Goranboydakı kütləvi davada bir nəfər beşini bıçalayıb - Rəsmi məlumat
Goranboy prokurorluğu və yerli Polis Şöbəsi bu rayonda baş vermiş kütləvio dava-dalaşla bağlı birgə məlumat yayıb.“Olaylar” xəbər verir ki, birgə məlumata görə, yanvarın 4-də saat 21 radələrində Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində aralarında yaranmış mübahisə zəminində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevəvə, Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
“Azərbaycan aqrar elmi” jurnalının xüsusi buraxılışı çapdan çıxıb
Azərbaycan elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli təbiətşünas alim və tanınmış ictimai-siyasi xadim, akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 fevral tarixli 2655 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nazirliyin “Azərbaycan aqrar elmi” jurnalının xüsusi buraxılışı nəşr edilib.
Misirdə turistlərlə dolu hava şarı qəzaya uğradı - Ölən var
Misirin cənubundakı Luksor şəhərində hava şarı qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində bir amerikalı turist həlak olub, daha 7 nəfər xəsarət alıb. Xəsarət alan turistlər xəstəxanaya yerləşdirilib.
Azərbaycan Rusiyada aşkarlanan "quş qripi" ilə əlaqədar quş əti idxalına qadağa qoyacaqmı?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Kostroma vilayətində "quş qripi"nin aşkarlanması ilə əlaqədar Azərbaycanın həmin ölkədən quş əti idxalına qadağa qoyulub-qoyulmayacağına aydınlıq gətirib.
Türkiyədə zəlzələ oldu
Türkiyənin Muğla bölgəsində 4.2 bal gücündə zəlzələ baş verib. Zəlzələ saat 07:33 radələrində Ula rayonunda qeydə alınıb. Zəlzələnin yerin təxminən 7 kilometr dərinliyində baş verdiyi bildirilir.
Messi sərbəst qalacaq, əgər... - ŞOK İDDİA
“Barselona” ilə müqavilə müddətini 2021-ci ilə qədər uzadan və 700 milyon avro qarşılığında sərbəst qalmaq imkanına malik Lionel Messi ilə bağlı qəribə detal ortaya çıxıb. Kataloniya müstəqil olarsa, Messi qarşılıqsız şəkildə sərbəst qala bilər.
30-a yaxın reys təxirə salındı - SƏBƏB
Moskvanın Domodedovo, Vnukovo və Şeremetyevo hava limanlarında 30-a yaxın reys ləngiyir. Buna Moskvada güclü qar yağması və hava limanlarında uçuş-eniş zolaqlarının buz bağlaması səbəb olub.
“Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirdi
Fransalı sol qanad müdafiəçisi 36 yaşlı Patris Evra “Qalatasaray”la müqaviləyə imza atacaq. Bu məqsədlə təcrübəli futbolçu bu gün İstanbula uçacaq. “Sky Sports”un xəbərinə görə, bu müqavilə ilə “Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirəcək.
İşsizlik müavinətinin "ləğvi" ilə bağlı RƏSMİ AÇIQLAMA
“Bir sıra KİV-lərdə işsizlik müavinətinin ləğv olunması barədə yayılan məlumatların bu məsələyə yanlış yanaşmanın mövcudluğunu göstərir. Əksinə, bu ildən ölkəmizdə tətbiqinə başlanan “İşsizlikdən sığorta haqqında” Qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə Azərbaycanda işsizlikdən müdafiə və işsizliyə görə sığorta ödənişi sisteminin formalaşdərılmasın imkan verib”.
Eyni şəbəkədən idarə olunanlar
Beynəlxalq aləmdə Azərbaycan barədə mənfi rəy formalaşdırmaq, ölkəmizin imicinə xələl gətirmək istiqamətində radikal müxalif düşərgə və bu düşərgənin “aktivisitləri” öz çirkin fəaliyyətlərini davam etdirirlər. Bu və ya digər beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu reytinq agentlikləri və araşdırma mərkəzləri başa vurduğumuz 2017-ci ilin siyasi, iqtisadi və sosial sferasını dəyərləndirərək qeyd edilən sahələr üzrə Azərbaycanda daha çox inkişafın baş verdiyini müsbət tendensiya kimi qiymətləndirib bunu öz illik hesabatlarına daxil etdikləri halda, radikallar tam əks arqumentdən çıxış edərək ictimaiyyəti aldatmağa, cəmiyyətdə, eyni zamanda beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Bu prosesdə isə onların yardımına sosial şəbəkələr, eləcə də təsis etdikləri bəzi informasiya resursları toxunur.
Probasiya nəzarəti hansı qaydada həyata keçiriləcək?
Ölkədə həyata keçirilən islahatlar sistemi dövlət idarəçilik sahəsinə də sirayət edib. Hazırda dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması istiqamətində ciddi addımlar atılmaqdadır.
Azercell-dən Yeni İl kampaniyası
Yeni il ərəfəsində ölkənin mobil rabitə bazarının lideri Azercell Telekom MMC öz abunəçilərini, hər zaman olduğu kimi, yeni kampaniya ilə sevindirdi.
Valyutadəyişmə məntəqələrinin bərpası maliyyə sektoruna necə təsir göstərəcək?
Cari ildən etibarən ölkənin maliyyə bazarlarında bir qədər də tənzimləmə həyata keçirmək və bir neçə ildir ki, bu sektorda yaranmış böhranlı vəziyyəti aradan qaldırmaq üçün daha bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında ən diqqət çəkən və geniş müzakirə mövzusu olan məsələ isə Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın qüvvəyə minməsidir.














