Təhsil İdarəsi məktəblilər üçün bayram tədbirləri təşkil edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin bayram tətili günlərini səmərəli, maraqlı və əyləncəli keçirmələri üçün bir sıra tədbirlər təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin bayram tətili günlərini səmərəli, maraqlı və əyləncəli keçirmələri üçün bir sıra tədbirlər təşkil edilib. "OLAYLAR"-ın xəbərinə görə, bayram tətili günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə tarixi məkanlara, mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil olunub. Həmçinin, şagirdlər idman və yaradıcılıq dərnəklərinin imkanlarından yararlanıblar. Bayram tətili günlərində tədbirlərin təşkilində məqsəd şagirdlərin asudə vaxtının səmərəli keçməsinə şərait yaratmaq, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. 

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki Uşaq-Gənclər İnkişaf mərkəzləri və İdman məktəbləri bayram tətil günlərində fəaliyyətlərini davam etdirib. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31