Eyni şəbəkədən idarə olunanlar
Beynəlxalq aləmdə Azərbaycan barədə mənfi rəy formalaşdırmaq, ölkəmizin imicinə xələl gətirmək istiqamətində radikal müxalif düşərgə və bu düşərgənin “aktivisitləri” öz çirkin fəaliyyətlərini davam etdirirlər. Bu və ya digər beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu reytinq agentlikləri və araşdırma mərkəzləri başa vurduğumuz 2017-ci ilin siyasi, iqtisadi və sosial sferasını dəyərləndirərək qeyd edilən sahələr üzrə Azərbaycanda daha çox inkişafın baş verdiyini müsbət tendensiya kimi qiymətləndirib bunu öz illik hesabatlarına daxil etdikləri halda, radikallar tam əks arqumentdən çıxış edərək ictimaiyyəti aldatmağa, cəmiyyətdə, eyni zamanda beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Bu prosesdə isə onların yardımına sosial şəbəkələr, eləcə də təsis etdikləri bəzi informasiya resursları toxunur.
5 Yanvar 2018 13:19 SiyasətYaxud onları Azərbaycana qarşı düşmənçiliyə nə sövq edir?
Beynəlxalq aləmdə Azərbaycan barədə mənfi rəy formalaşdırmaq, ölkəmizin imicinə xələl gətirmək istiqamətində radikal müxalif düşərgə və bu düşərgənin "aktivisitləri" öz çirkin fəaliyyətlərini davam etdirirlər. Bu və ya digər beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu reytinq agentlikləri və araşdırma mərkəzləri başa vurduğumuz 2017-ci ilin siyasi, iqtisadi və sosial sferasını dəyərləndirərək qeyd edilən sahələr üzrə Azərbaycanda daha çox inkişafın baş verdiyini müsbət tendensiya kimi qiymətləndirib bunu öz illik hesabatlarına daxil etdikləri halda, radikallar tam əks arqumentdən çıxış edərək ictimaiyyəti aldatmağa, cəmiyyətdə, eyni zamanda beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Bu prosesdə isə onların yardımına sosial şəbəkələr, eləcə də təsis etdikləri bəzi informasiya resursları toxunur.
Hazırda Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasında əsasən iki əsas məqam diqqəti cəlb edir. Birincisi, bu kampaniya dalğasının mərkəzində Almaniya dayanır, ikincisi kampaniyaya yeni-yeni "ictimai siyasi fəallar" cəlb edilir. Hansı ki, həmin yeni "ictimai-siyasi fəallar" da radikal siyasi düşərgənin liderləri tərəfindən Avropaya "ezam olunmuş" şəxslərdir. İndi də Avropada oturub Bakıdakı radikal müxalifət liderlərindən, Əli Kərimli, İsa Qəmbərdən və Avropadakı havadarlarından, maliyyə boslarından aldıqları təlimatları icra edirlər. Zamanında radikal müxalifət partiyalarının liderləri, xüsusilə də Əli Kərimli tərəfindən Avropanın müxtəlif ölkələrinə yerləşdirilən həmin şəxslərə artıq müvafiq təlimat, tapşırıq, daha dəqiq desək hücum əmri verilib. Müxtəlif adlar altında həmin şəxsləri Avropaya, daha çox isə Almaniyaya siyasi mühacirətə göndərməyə müvəffəq olan radikal liderlər bu gün onlara bir növ canlı bomba olaraq baxırlar. İndi də artıq həmin "canlı bombalardan" istifadə etməyə start verilib. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, bu il Azərbaycanda seçki ili olduğundan məlum şəbəkə üzvləri daha ciddi səfərbər edilib və onlara bir qədər də aktiv olmaq tapşırığı verilib. Və onlar da Almaniyada əldə etdikləri xoş güzaran naminə Vətənə xəyanət etmək, onun nüfuzuna xələl gətirməkdən çəkinmir, əksinə düşməncəsinə etdikləri bu fəaliyyətdən sanki bir qədər də ruhlanırlar. Nədə olsa Azərbaycanı aşağılamaq, onun nüfuzuna xələl gətirməyin arxasında maddi qazanc var axı. Özünü gah jurnalist, gah da ictimai fəal kimi qələmə verən Vüsal Bağırovun, eləcə də radikal dini çıxışları, xaos, anarxiya yaratmağa yönəlik çağırışları ilə diqqət çəkən Murad Mirzəyevin timsalında bunu görmək mümkündür.
Məsələn Vüsal Bağırov özünü gah "Kanal 13"ün könüllüsü, gah da ictimai fəal kimi qələmə versə də, lakin jurnlaist tərəfsilziyi, qərəzsizliyi, obyektivliyindən tamamilə kənara çıxaraq öz siyasi baxışlarını ortaya qoyur və proseslərə öz şəxsi prizmasından yanaşır.
Maraqlısı odur ki, gənc "jurnalist"proseslərə yanaşması zamanı da ciddi xətalara yol verərək ölkəsinə, doğulub-boya başa çatdığı Vətəninə qarşı sanki düşmən mövqe sərgiləyir. Bir qayda olaraq Vüsal Bağırov sosial şəbəkədəki fəaliyyətində əsasən bir məqama diqqət çəkir. Azərbaycanı, onun idarəetmə sistemini aşağılamağa, dünyada ölkəmiz barədə mənfi rəy yaratmağa. Vüsal Bağırov sosial şəbəkədəki fəaliyyətində daha çox mənsub olduğu millət barədə qaniçən, zülmkar obrazı yaratmağa çalışır. Azərbaycanda polisin dinc insanlara qarşı amansız davrandığını iddia edən "jurnalist" Bağırov daha sonra yalan və böhtan dolu yanaşması ilə qeyd edir ki, polis tezliklə işgənəcə verməkdən gülələməyə keçəcək. Prinsipcə Vüsal Bağırovun səsləndirdiyi fikirləri onun şəxsi təxəyyülü və sayıqlamalarının məhsulu kimi qələmə də vermək olar. Ancaq onun polislərimiz barədə söylədiyi fikirlər birbaşa Azərbaycan xalqının qaniçən obrazını yaratmağa hesablanıb ki, əslində bu da erməni təbliğatının tərkib hissəsidir. Belə ki, ermənilər də uzun illərdir yalan və iftira dolu uydurmaları ilə dünyaya car çəkirlər ki, azərbaycanlılar qaniçən olduğu üçün onlarla birgə yaşamaq qeyri-mümkündür. İndi eyni iftiraların məhz azərbaycanlı "jurnalist" tərəfindən səsləndirilməsi ermənilər üçün göydəndüşmə ola bilər.
Yaxud radikal dini görüşləri və statusları ilə seçilən Murad Mirzəyevin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev barədə yazdığı aşağılayıcı fikirlər də elə ermənilərin Azərbaycan əleyhinə apardığı kapmaniyanın tərkib hissəsindən biri hesab edilə bilər. Çünki erməni lobbisi və Ermənistan hakimiyyətinin də hazırda qarşısına qoyduğu əsas hədəf Azərbaycanın dövlət başçısı barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq, prezidentin imicinə xələl gətirməkdir. Bu işdə erməni lobbisinə sapı özümüzdən olan baltaların dəstək verməsi isə olduqca ağrıdıcıdır.
Maraqlı məqam ondan ibarətdir ki, Vüsal Bağırov, Murad Mirzəyev kimi antimilli ünsürlər də bağlı olduqları radikal düşərgə liderləri kimi Azərbaycanda hakimiyyətə gəlməyin yolunu xarici dairələrin dəstəyində görürlər. Necə ki, radikallar hər seçki ilində gah Qərbdən, gah da Rusiyadan mədət umur, həmin dairələrin dəstəyi ilə hakimiyyətə gələcəyi ümidi ilə yaşayırlar, eyni ilə də onların davamçıları oxşar arzu, istək içindədirlər. Murad Mirzəyevin statusundan da bunu aydın görmək mümkündür. Radikal dindar olan Mirzəyev ümid edir ki, 2018-ci ildə ABŞ və İsrailin məhvinə şahid olub Azərbaycandakı məhbusların azadlığını müşahidə edərik. Olduqca gülünc doğuran məqam deyilmi? Mirzəyevin dediklərindən belə çıxır ki, guya Azərbaycanda müxtəlif cinayət törədib həbsə məhkum edilmiş şəxslərin azadlığa çıxmasına ABŞ və İsrail mane olur. Yaxud ABŞ və ya İsrailin dağılması siyasi məhbus kimi qələmə verdikləri şəxslərin azadlığa çıxması ilı nəticələnəcək. Adam nə qədər savadsız və dar düşüncəyə malik olar ki, belə bir fikir səsləndirər.
Radikal siyasi düşərgənin xeyir-duası ilə Almaniyaya üz tutub orada ölkəmiz əleyhinə iş aparan, Azərbaycanın imicinə zərbə vurmağa çalışan "ictimai-siyasi fəallardan" biri də Saday Kərimovdur. Saday Kərimovun Almaniyada firəvan həyata nəsib olmasının qarşılığında ona verilmiş təlimat isə ondan ibarətdir ki, sosial şəbəkədə Azərbaycanın siyasi və media mühiti barədə mənfi rəy formalaşdırsın. Avropada mümkün qədər Əli Kərimlini təbliğ etsin. Deyə bilərik ki, Saday Kərimov ona tapşırılan missiyanın öhdəsindən layiqincə gəlir. Belə ki, müntəzəm olaraq Saday Kərimov sosial şəbəkədə öz "lideri"ni təbliğ edir, yazdığı statuslarda Azərbaycanla bağlı mənfi rəy formalaşdırmağa çalışır.
İlqar Sadıqov isə sosial şəbəkədəki fəaliyyətini "siyasi məhbuslar"a azadlıq prinsipi üzərində qurub. REAL hərəkatının sədri İlqar Məmmədovun yaxın ətraflarından biri kimi tanınan Sadıqovun qarşısında qoyulan təlimat ondan ibarətdir ki, Azərbaycanda insan hüquq və azadlıqları, siyasi azadlıqların pozulduğu barədə maksimum dərəcədə fikirlər paylaşsın, ölkəmiz barədə mənfi rəy formalaşdırsın. Göründüyü qədər Sadıqov da ona verilən tapşırığın öhdəsindən layinqincə gələ bilir. Çünki onu da radikal düşərgənin digər facebook qəhrəmanları ilə Azərbaycan, dövlətçilik və milli maraqlara qarşı düşmən münasibət birləşdirir.
Ancaq hazırkı situasiya, vəziyyət onu tələb edir ki, dövlətə, dövlətçiliyə qarşı düşmən mövqedə olanlar bunun bədəlini ödəməlidirlər. Hesab edirəm ki, artıq zaman yetişib və milli maraqları ayaqlar altına atıb ermənilərlə eyni cəbhədə ölkəmizə qarşı mübarizə aparan istənilən şəxs öz layiqli cəzasını almalıdır.
Füzuli