Messi sərbəst qalacaq, əgər... - ŞOK İDDİA

“Barselona” ilə müqavilə müddətini 2021-ci ilə qədər uzadan və 700 milyon avro qarşılığında sərbəst qalmaq imkanına malik Lionel Messi ilə bağlı qəribə detal ortaya çıxıb. Kataloniya müstəqil olarsa, Messi qarşılıqsız şəkildə sərbəst qala bilər.

"Barselona" ilə müqavilə müddətini 2021-ci ilə qədər uzadan və 700 milyon avro qarşılığında sərbəst qalmaq imkanına malik Lionel Messi ilə bağlı qəribə detal ortaya çıxıb. Kataloniya müstəqil olarsa, Messi qarşılıqsız şəkildə sərbəst qala bilər.

Bu barədə iddialar "Mundo Deportivo" nəşri tərəfindən yayımlanıb. Xəbərə görə, əgər "Barselona" La Liqa, Fransa Liqası 1, Bundesliqa və Premyer Liqada iştirak etməsə, L.Messi komandadan ödənişsiz şəkildə ayrılacaq. İspaniyada yaşanan siyasi problemlər səbəbilə Messinin narahatlıqları olduğu və Kataloniyaya məxsus bir liqada oynamaq istəmədiyi üçün bu maddəni israrla əlavə etdirdiyi bildirilib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31