Probasiya nəzarəti hansı qaydada həyata keçiriləcək?
Ölkədə həyata keçirilən islahatlar sistemi dövlət idarəçilik sahəsinə də sirayət edib. Hazırda dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması istiqamətində ciddi addımlar atılmaqdadır.
5 Yanvar 2018 13:16 SosialProbasiya Xidmətinin fəaliyyət nədən ibarət olacaq?
Ölkədə həyata keçirilən islahatlar sistemi dövlət idarəçilik sahəsinə də sirayət edib. Hazırda dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması istiqamətində ciddi addımlar atılmaqdadır. Prezident İlham Əliyevin imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı da məhz bu məqasədə xidmət edir. Dövlət başçısının sərəncamında göstərilir ki, cəzaların icrası sahəsində həyata keçirilən islahatlara baxmayaraq, son zamanlar aparılmış təhlillər göstərir ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir. İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Bu kimi halları nəzərə alınaraq Ədliyyə Nazirliyinə tapşırılıb ki, probasiya xidmətinin təşkili, eləcə də elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflər hazırlasın. Artıq nazirlik tərəfindən "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti haqqında Əsasnamə" təsdiq edilib. Maraqlıdır, probasiya xidməti hansı sahələri əhatə edəcək və yeni qurumun hüquq və vəzifələri nədən ibarət olacaq?
Ədliyyə Nazirliyindən verilən məlumata görə, yeni təsdiq edilmiş Əsasnaməyə əsasən Ədliyyə Nazirliyinin Probasiya Xidməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi aparatının baş idarə səlahiyyətli müstəqil struktur qurumu olacaq. Xidmətin fəaliyyət istiqamətləri bir sıra sahələri əhatə edəcək. Konkret olaraq Probasiya Xidməti cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını, eləcə də cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil edəcək. Paralel olaraq şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini və cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil edəcək. Xidmət ictimai işlər növündə inzibati tənbehin icrasını da tənzimləyəcək. Belə ki, üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikası işini aparacaq.
Əsasnamədə Probasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri də müəyyən edilib. Belə ki, Xidmət cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını, eyni zamanda, cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil etmək üçün müvafiq tədbirlər görəcək. Xüsusən, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini, barəsində məhkəmə hökmü qanuni qüvvəyə minmiş həbsdə olmayan məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrinə göndərilməsini təmin edəcək. Cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini, ictimai işlər növündə inzibati tənbehin icrasını təşkil edəcək. Xidmətin qeydiyyatında olan məhkumların ölkədən getmək hüququnun məhdudlaşdırılması və məhdudiyyətlərin götürülməsi, üzərində probasiya nəzarəti həyata keçirilən məhkumların qanunvericiliklə müəyyən olunmuş üsul və vasitələrlə islahı işini təşkil edəcək. Xidmət həmçinin qanunvericiliklə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla yetkinlik yaşına çatmayan məhkumların cəzalarının icrasını təşkil edəcək. Paralel olaraq üzərində probasiya nəzarəti həyata keçirilən, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərlə davranış zamanı onların qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun qorunması, onların yeni cinayətlərin törədilməsinin profilaktikasınə təşkil etməklə sosial adaptasiyası və reabilitasiyasında da iştirak edəcək. Hətta üzərində probasiya nəzarəti həyata keçirilən məhkumların olduğu yer müəyyən edilmədikdə, onların axtarılmasını həyata keçirəcək.
Məlumatda o da bildirilir ki, Xidmətin strukturu və ştat vahidlərinin sayı ədliyyə naziri tərəfindən təsdiq olunacaq. Xidmətin strukturuna Elektron monitorinq şöbəsi daxildir ki, bu struktur qurum vasitəsilə elektron nəzarət sisteminin təşkilini və idarə olunmasını təmin edəcək, həmçinin elektron nəzarət vasitələri tətbiq olunan məhkumlar tərəfindən onların üzərinə qoyulan vəzifələrə riayət edilməsinin monitorinqini həyata keçirəcək. Xidmətə ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edəcək. Rəis Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Xidmət rəisinin Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini olacaq.
Nurlan