Ronaldo bu 3 klubdan birində OYNAYA BİLƏR
Son dövrlər "Real"dan ayrılmaq istədiyi iddia olunan Kriştiano Ronaldo ilə bağlı yeni iddialar ortaya atılıb. Portuqaliyalı ulduzu 3 klub transfer etmək istəyir. "Don Balon"un iddiasına görə, bu klublar PSJ, "Çelsi" və "Los Anceles Qalaksi"dir.
5 Yanvar 2018 13:52 İdmanSon dövrlər "Real"dan ayrılmaq istədiyi iddia olunan Kriştiano Ronaldo ilə bağlı yeni iddialar ortaya atılıb. Portuqaliyalı ulduzu 3 klub transfer etmək istəyir. "Don Balon"un iddiasına görə, bu klublar PSJ, "Çelsi" və "Los Anceles Qalaksi"dir.
Qeyd edək ki, bir müddətdir Ronaldo ilə "Real" klubunun prezidenti Florentino Perez arasında münasibətlərin gərginləşdiyi bildirilir. Buna görə də Ronaldo hazırkı komandasından ayrılmaq niyyətindədir. Tərəflər arasında 2016-cı ildə imzalanan müqaviləyə görə, onun sərbəst qalmaq hüququ 1 milyard avrodur. İddialara görə, "Mançester Yunayted" və PSJ Ronaldo üçün 100 milyon avro ödəməyə hazırdır. "Transfermarkt" isə portuqaliyalı ulduza 120 milyon avro qiymət qoyub. Publika.az