Özbəkistan elektron viza ilə bağlı Azərbaycanın təcrübəsini tətbiq edəcək
Özbəkistan hökuməti elektron viza verilməsində Azərbaycanın və Gürcüstanın təcrübəsini tətbiq edəcək. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Özbəkistanın Dövlət Turizm Komitəsi hazırda bu məsələ üzərində işləyir.
5 Yanvar 2018 13:44 SosialÖzbəkistan hökuməti elektron viza verilməsində Azərbaycanın və Gürcüstanın təcrübəsini tətbiq edəcək. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Özbəkistanın Dövlət Turizm Komitəsi hazırda bu məsələ üzərində işləyir. Elektron viza sistemi dünyanın müxtəlif ölkələrində tətbiq olunur və müsbət nəticələrini verir. Azərbaycan və Gürcüstanın təcrübəsi Özbəkistana daha çox uyğundur.
Qeyd edək ki, Azərbaycan Prezidentinin fərmanı ilə 2016-cı il iyunun 1-dən ölkədə "ASAN Viza" sistemi tətbiq olunur.