“Azərbaycan məsələnin bu cür qoyuluşu ilə razılaşa bilməz”

“Ölkələrin ATƏT-ə sədrliyi çox qısa bir müddət təşkil edir. Yarım il ərzində hansısa məsələnin həllində radikal dəyişiklik etmək olmur”. Bu fikirləri  Milli Məclisin deputatı Aydın Mirzəzadə İtaliyanın təşkilata sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyini şərh edərkən deyib.

"Ölkələrin ATƏT-ə sədrliyi çox qısa bir müddət təşkil edir. Yarım il ərzində hansısa məsələnin həllində radikal dəyişiklik etmək olmur". Bu fikirləri  Milli Məclisin deputatı Aydın Mirzəzadə İtaliyanın təşkilata sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyini şərh edərkən deyib.

O qeyd edib ki, eyni zamanda ATƏT sədrliyinin geniş səlahiyyətləri yoxdur. Deputat deyib ki, ATƏT-ə sədrlik diplomatik rəhbərlikdir, yəni ATƏT-in fəaliyyəti ilə bağlı cari işlərə rəhbərlik etməkdir: "Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi gündəlikdə olacaq. Lakin məsələnin həllinə mandatı olmadığı üçün, İtaliyadan münaqişənin həllində böyük fəaliyyət gözləməyə dəyməz". A. Mirzəzadə xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində ATƏT-in Minsk qrupu sadəcə vasitəçilik edir, yəni protokol xidməti həyata keçirir. 

Deputatın fikrincə, məsələnin bu cür qoyuluşu ilə Azərbaycan razılaşa bilməz: "Azərbaycan hesab edir ki, üzv ölkələrin təhlükəsizliyini təmin edən regional təşkilat kimi ATƏT münaqişənin həllində prinsipial mövqeyini ortaya qoymalıdır. Sadəcə olaraq tərəflərə problem öz aranızda həll edin kimi çağırış etmək kökündən düzgün deyil. Ermənistan torpaqlarımızın bir hissəsini işğal edib. Burada hansı birgə qərardan söhbət gedə bilər? Ermənistan birmənalı şəkildə öz qoşunlarını torpaqlarımızdan çıxartmalıdır. Şübhəsiz ki, ATƏT sədri qarşısında Azərbaycan bu məsələni ciddi şəkildə qoyur". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31