Gündəm
Türkiyə Qərblə münasibətlərə yenidən nəzər salır
Türkiyə növbəti ildə deyəsən Qərblə münasibətlərə yenidən nəzər yetirmək barədə düşünür. Hər halda 2018-ci ilin ilk günlərindən qardaş ölkənin xarici siyasətində müşahidə edilən proseslər belə deməyə əsas verir.
Deputat avtobus qəzasına görə BNA-nı ittiham etdi
Əvvəllər məhkum olunmuş və nəqliyyat vasitəsini idarə etmək üçün sənədi olmayan sürücünün qəza törətməsi və insanların yaralanması ciddi ictimai narahatlıq doğuran məsələdir.
Bu sahədə ciddi problem yaranacaq – Ekspertdən çağırış
Ölkədə təhsilin informasiyalaşması sahəsində problemlər xeyli ciddiləşib və təəssüf ki, ötən hər gün bu sahədə problemlər yığılmaqda davam edir. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib.
Suriyada azərbaycanlı İŞİD-çi tutuldu - Video
Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb. O, YPG kürd dəstələri tərəfindən saxlanılıb. İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Razik Maksimovdur və əslən Azərbaycandandır. Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rakka, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb.
Azərbaycan prezidenti bir sıra ölkələrin səfirlərinin etimadnamələrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
NASA Yupiterin ecazkar FOTOSUNU YAYDI
ABŞ Kosmik və Aviasiya Agentliyi (NASA) Yupiter planetinin yeni fotosunu yayımlayıb. Yupiteri tədqiq edən “Yuno” kosmik gəmisi tərəfindən lentə alınan fotoda planetin üzərindəki buludların mavi olduğu görünür. Buludlardakı mavi rəng xüsusi proqram vasitəsilə qabarıqlaşdırılıb.
Azərbaycan gənclərinin VIII Forumu keçiriləcək
Azərbaycan gənclərinin VIII Forumu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyindən daxil olub. Bildirilib ki, forumun cari ilin birinci yarısında keçirilməsi nəzərdə tutulub.
Belə-belə işlər... Elçin Hüseynbəyli yazır... Göyərçin sevdalıları və oğruları
Parkda gəzərkən dən axtaran və gözəl, nazlı xanımlar kimi ötüşən göyərçinlərə tamaşa edirəm. Qanadlarındakı naxışlar ala-bəzək xalıya bənzəyir. Ayaqlarına, sanki qırmızı corab geyiblər, dırnaqlarına da ona uyğun lak qoyublar.
Siqaretdən imtina orqanizmə necə təsir edir?
Məlum olduğu kimi, Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyi məhdudlaşdıran “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanun qəbul olunub. Qanun görə, ümumtəhsil müəssisələrində, idman yarışlarının və digər kütləvi tədbirlərin keçirildiyi məkanlarda, həmçinin ticarət obyektlərində, restoranlarda, kafelərdə, barlarda və digər ictimai iaşə obyektlərində (bu məqsədlə ayrılmış açıq sahələr və yerlər istisna olmaqla) tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edilməsi nəzərdə tutulur. Artıq sözügedən qanunun icrası məqsədilə bir sıra işlər görülüb.
İranda etirazlar: real səbəblər- yoxsa siyasi manevrlər
2017-ci ilin sonunda İranda dövlət əleyhinə başlayan etiraz nümayişləri artıq səngiməkdədir. Müxtəlif məlumatlara görə çıxışlarda irili xırdalı 50-ə yaxın şəhər iştirak etdi, 25- ə qədər insan həlak oldu və mindən yuxarı nümayişçi həbsxanalara atıldı. Nümayişlər sakitləşsə də baş verən hadisələr ətrafında debatlar davam etməkdədir. Konfliktoloq Əlimusa İbrahimov bildirib ki, İranda baş verən hadisələr ətrafında müzakirələr iki səbəbdən bir müddət sakitləşməyəcək kimi görünür: “Birincisi, ona görə ki, İran mövzusu uzun illərdir ki, beynəlxalq aləmi zəbt edib və bundan sonra da illərlə zəbt edəcək.
Hansı hallarda cinayət məsuliyyətindən azad olmaq mümkün olacaq?
Məlum olduğu kimi 01 dekabr 2017-ci il tarixdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş 300-ə yaxın dəyişiklik qüvvəyə mindi və tətbiq edilməyə başladı. Həmin dəyişikliklərə əsasən, 18 əməl dekriminallaşdırıldı, başqa sözlə, cinayətlər sırasından çıxarıldı, 36 cinayət üzrə azadlıqdan məhrum etmə cəzasının hədləri aşağı salındı, cəzalar yüngülləşdirildi, nəticədə 22 cinayət ağırlıq dərəcəsinə görə aşağı cinayət kateqoriyasına keçirildi, 158 maddəyə azadlığın məhdudlaşdırılması növündə və digər alternativ cəzalar əlavə edildi. Bu dəyişikliklər, eyni zamanda, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə hallarını genişləndirdi və mövcud olanları sistemləşdirdi.
İranda baş verən aksiyalarda erməni fəallığı
İranda baş verən etiraz aksiyalarında İran erməniləri aktiv iştirak ediblər. “Olaylar”ın əldə etdiyi məlumata görə, yerli ermənilər aksiya iştirakçılarına dəstək veriblər. Belə ki, İran erməniləri ölkənin müxtəlif əyalətlərində baş verən aksiyaların təşkili və davamlı olmasında öz koməklərini əsirgəməyiblər.
Əfqanıstanda 15 İŞİD-çi öldürülüb
Əfqanıstanda hökumət qüvvələri ilə İŞİD terrorçuları arasında baş verən toqquşma zamanı 15 terrorçu öldürülüb, daha 20-si yaralanıb. Məlumata görə, bu barədə "TOLO News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən yayıb.
İranın tək qadın Nobel sülh mükafatçısı: “Trampın nə dediyi vecimə deyil”
Nobel Sülh Mükafatı laureatı Şirin İbadi Türkiyənin “Habertürk” nəşrinə müsahibə verib. İranın ilk qadın hakimi olan Ş.İbadi ölkəsində baş verən etiraz aksiyalarını şərh edib. 2009-cu ildə İrandan sürgün edilən və Londona köçən 70 yaşlı hakim zorakılıq artmayacaqsa, bir "İran Baharı"nın yaşanacağını, ölkəsinin Suriyadan çox Tunisə bənzəyəcəyini bildirib.
3,9 min nəfər peşə kurslarına, 105,3 min nəfər isə peşəyönümü tədbirlərə cəlb edilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə tədbirlərin davamı olaraq, 2017-ci ildə əvvəlki illə müqayisədə 209 nəfər və ya 5,6 faiz çox olmaqla, 3 911 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.














