Gündəm
Soyğunçuluqla məşğul olan şəxslər saxlanıb
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 4-də Xəzər rayonu ərazisində soyğunçuluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.
Polis əməliyyat keçirdi - külli miqdarda narkotik aşkarlandı
Azərbaycanda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-7-də ümumi çəkisi 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqram heroin, 1,9 kiloqrama yaxın marixuana götürülərək dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yardımlı rayon sakini Rasim Həsənov Zabrat qəsəbəsində saxlanılıb, üzərinə baxış keçirilərkən 1 kiloqram 200 qram heroin aşkar edilib. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Şahbazovdan 480 qram, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Gülümovdan 480 qram marixuana götürüblər.
İran XİN-in sözçüsü ABŞ-ı hədələyib
“Bizim masamızın üzərində bütün variantlar var və ABŞ-ın alacağı qərara uyğun olaraq onlardan birini tez bir zamanda icra edəcəyik”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ-ın İran və “altılıq” ölkələri arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planından (HBFP) çıxa biləcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
"Azərbaycan" nəşriyyatının baş direktoru kağız qıtlığı barədə məlumatlara münasibət bildirib
“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov ölkədə qəzet kağızı qıtlığının yaranması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. A. Əsgərov bildirib ki, “Azərbaycan” nəşriyyatında kağız qıtlığı yaşanmır. Onun sözlərinə görə, rəhbəri olduğu nəşriyyatın əlavə kağız ehtiyatı mövcuddur.
ABŞ-ın hərbi vertolyotu Okinavaya düşdü
ABŞ-a məxsus AH1 hərbi vertolyotu Yaponiyanın Okinava prefekturasında məcburi eniş edib. Məlumata görə, hadisə ilə bağlı yerli polis xəbər yayıb. Polisin verdiyi məlumata görə, məcburi eniş zamanı vertolyotda olanlardan xəsarət alan olmayıb. Vertolyot yerli hotellərdən birinin yaxınlığında yerləşən tullantıları emal edən stansiyanın meydançasında eniş edib.
Britaniyada şahzadənin toy günü spirtli içkilərin satış müddəti uzadılacaq
Böyük Britaniyada şahzadə Harrinin bu ilin mayında amerikalı aktrisa Meqan Markl ilə toy günü və həmin ərəfədə spirtli içkilərin satışına icazə müddəti uzadılacaq. Məlumata görə, qəbul edilən qərara əsasən, bu ilin 18-19 may tarixlərində Böyük Britaniyada spirtli içkilər yerli vaxtla saat 01:00-dək satılacaq. Hazırda ölkədə spirtli içkilərin satışı saat 23:00-dək həyata keçirilir. Bu cür güzəştlər daha əvvəl kraliça II Yelizavetanın 90 illik yubileyi, şahzadə Uilyamın toyu, eləcə də 2014-cü il futbol üzrə dünya çempionatı müddətində tətbiq olunmuşdu.
“Qarabağ”ın müdafiəçisi: “Mən elə oğlanam ki...”
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli “Ora Skaner” televiziyasına açıqlama verib. Futbolçu 13 ildir, forma geyindiyi və kapitanı olduğu Albaniya millisinin 2017 mövsmündəki performasını dəyərləndirib: “Ötən il millimiz üçün uğurlu oldu.
Regionların sosial-iqtisadi inkişafı ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır
Müasir qlobal iqtisadi şəraitdə bir-birindən iqtisdi asılılığı olan ölkələrin dayanıqlı inkişafı prioritet məsələlərdən hesab olunur. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi isə bir sıra iqtisadi tədbirlərin həyata keçirilməsini labüd edir. Özünün iqtisadi müstəqilliyinin təmin edilməsini hədəf seçən Azərbaycan təbii ki, iqtisadi islahatların davam etdirilməsini qarşıya məqsəd kimi qoyub. Bunun üçün ilk növbədə qeyri-neft sektorunun inkişafının təmin edilməsi gərəkdir ki, ölkəmiz bu istiqamətdə çox ciddi addımlar atıb.
“Qızıl buts”a iddia edənlər
"Latsio"nun hücumçusu Çiro İmmobile A seriyasında qollarının sayını 20-yə çatdırıb. XX turda "Spal"la səfər matçında poker edən 27 yaşlı forvard "qızıl buts" yarışında liderliyi ələ keçirib. Bununla, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn ("Tottenhem") və Mauro İkardinin ("İnter") isə aktivində 18 top var.
Azərbaycanlı müğənni özünə gizli toy etdi - Valideyinlərindən xəbərsiz
Bu gün ARB-də "Səhər-Səhər" verilişində qonaq olan gənc müğənni Mirkamil Kamillovla bağlı şok edəcək faktın üstü açılıb. Sözügedən məlumatı efirdə verilişin aparıcısı Elgiz Əkbər açıqlayıb: "Bunlar neçə vaxtdır bir yerdə idilər. O da yaxşı, gözəl, istedadlı qızdır. Yaxşı oxumağı da var. Mirkamil icazə vermir adını açıqlayım. Özləri qərar veriblər, gedib evləniblər, heç kimə də deməyiblər".
Bakıda Türkiyə Universitetlər İttifaqının I idman oyunları keçiriləcək
Bu ilin aprel ayında Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək. Belə ki, aprel ayında Bakıda Türkiyə Universitetlər İttifaqının I idman oyunları keçiriləcək.
BNA-dan mühüm dəyişiklik, 175 saylı marşrutda “BakuBus” avtobusları işləyəcək
13.01.2018 tarixindən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək. Bu barədə məlumat “OLAYLAR”-a BNA-dan daxil olub. Bildirilib ki, dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir. Belə ki, 06.01.2018 tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.
“İran hadisələri başlanğıcdır, növbədə Əfqanıstandır” - Türkiyəli alim
“Əfqanıstanda proseslərin gərginləşərək nəzarətdən çıxacağı qənaətindəyəm”. Türkiyə İbn Haldun Universiteti Beynəlxalq Münasibətlər Bölməsinin rəhbəri, dosent Talha Köşə “Star” qəzetinə müsahibəsində İranda baş qaldıran son etirazların bölgə ölkələrinə mümkün təsirini dəyərləndirib.
İran hadisələrinin SİRRİ AÇILDI: ABŞ-ın əsl hədəfi başqadır
“İrandakı hadisələrin əsas hədəfi Çindir. Hadisələr İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. ABŞ yeni super güc olan Çinin dünyaya açılan qapısını – Əfqanıstanı bağlamaq istəyir”.
Azərbaycan uğurla inkişaf edir
Azərbaycanın 2017-ci ili uğurla başa vurması və bir sıra sahələrdə, xüsusilə də iqtisadi sferada yeni-yeni nailiyyətlərə imza atması ilk günlərini yaşadığımız 2018-ci ilin də ölkəmiz üçün uğurlu olacağından xəbər verir.














