Gündəm
4400-dən çox azərbaycanlı Almaniya vətəndaşlığı alıb
1992-2016-cı illərdə 4406 Azərbaycan vətəndaşı Almaniya vətəndaşlığı alıb. Bunu Almaniyanın Federal Statistika İdarəsindən bildiriblər. Azərbaycan vətəndaşlarına Almaniya vətəndaşlığı verilməsi ilə bağlı ən yüksək göstərici 2006-cı ildə qeyd alınıb. Həmin il 398 azərbaycanlı Almaniya pasportu alıb. Bu sahədə ən aşağı göstərici isə 1996-cı ilin payına düşür. Belə ki, qeyd edilən il cəmi 2 nəfər Azərbaycan vətəndaşı Almaniya pasportu əldə edib.
Armen Martirosyan: Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır
2017-ci il Ermənistanda uzun müddətdir hökm sürən iqtisadi böhranın daha da dərinləşməsi ilə yadda qalıb. İşğalçı ölkədə xüsusən də sənaye və kənd təsərrüfatı sahələri çöküb. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, iqtisadi geriləmə biznes mühitini də çökdürüb. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis yaşamağa başlayıb.
İranda xalq yenidən dövlətə dəstək aksiyasına çıxdı
Dünən və bu gün İranın 50-dən çox şəhərində kütləvi aksiya keçirən əhali dekabrın son günlərində ölkədə baş verən iğtişaşları pisləyib və dövləti dəstəklədiyini bildirib.
Rusiyada çap olunan ensiklopediyada Dağlıq Qarabağla bağlı təxribat
Rusiya paytaxtı Moskvanın kitabxanalarında Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri, o cümlədən Dağlıq Qarabağla bağlı yalan məlumatların əks olunduğu "Dünya ölkələri" adlı ensiklopediya açıq satışdadır.
İşğalçı ordunun itkiləri artır: daha iki yaralı
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təxribata cəhd edən Ermənistan ordusunun iki hərbçisi yaralanıb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
DYP sürücü və avtomobil sahiblərinə müraciət edib
Nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı Baş DYP İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən verilən məlumata görə, son vaxtlar ayrı-ayrı internet saytlarında, sosial şəbəkələrdə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada tərtib edilən inzibati xəta haqqında protokollar üzrə cərimə məbləğlərinin banklarda qəbul edilməməsi, yaxud müxtəlif vaxtlarda törədilən qayda pozuntularına görə bir neçə protokol üzrə qərarların bir gündə çıxarılması səbəbindən ödənişdə çətinliklərlə üzləşmələri barədə bəzi sürücülər tərəfindən müxtəlif fikirlər səslənir.
NATO: “Azərbaycanın bu qərarını alqışlayırıq”
NATO və Azərbaycanın uzunmüddətli partnyorluğu mövcuddur. Bu gün bu əlaqə praktiki əməkdaşlığın müxtəlif sahələrini, təhlükəsizlik institutlarında islahatlar, Sovet İttifaqından qalma sursat və partlamamış minaların təhlükəsiz şəkildə aradan qaldırılması, Əfqanıstanda stabilliyin təmin edilməsinə yardım etmək, enerji təhlükəsizliyi, imkanların inkişaf etdirilməsi daxildir.
Trampa vətən xaini deyən Bannondan geri addım: “O vətənpərvərdi”
Ağ Evin keçmiş baş müşaviri Stiven Bannon ABŞ prezidenti Donald Trampla bağlı açıqlamasına düzəlişlər edib. Keçmiş baş müşavir açıqlama ilə bağlı düzəlişi xəbər portallarının birinə göndərdiyi yazılı açıqlamada edib. S.Bannon açıqlamasında prezident D.Trampdan üzr də istəyib. O, yazılı açıqlamasında Trampı dəstəklədiyini və onun həqiqi vətənpərvər olduğunu qeyd edib.
Gürcüstanda keçirilən bələdiyyə seçkilərində ermənilərin separatçı fəaliyyəti
2017-ci ilin oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına (bələdiyyə) seçkilər keçirildi. Mübarizə meydanında hansı ictimai-siyasi qüvvələrin fəaliyyət göstərməsi daha çox maraq kəsb edir.
KİV: “Kim Çen İn böyrək çatışmazlığından əziyyət çəkir”
Cənubi Koreyanın “Chosun İlbo” qəzeti Şimali Koreya lideri Kim Çen İnin səhhətində problem olması barədə məlumat yayıb. Ço Don-unka adlı professor iddia edib ki, Koreya lideri böyrək çatışmazlığından əziyyət çəkir. Ekspert Kim Çen İnin Yeni il haqqında verdiyi bəyanatı analiz edərək bu qənaətə gəldiyini deyib.
Karapetyan Ermənistanı niyə tərk edib?
Ermənistanın baş naziri Karen Karapetyan məzuniyyətə çıxıb. Məlumata görə, Karapetyanın sözçüsü Aram Araratyan Facebook-da yazıb ki, bazar ertəsindən cümə gününədək məzuniyyətdə olan nazir istirahət günlərini xaricdə keçirəcək.
Azərbaycanda saxta əskinas problemi - Dövlət lazımi tədbirlər görə bilir?
Saxta əskinaslar məsələsi bir çox ölkələr üçün ciddi problem olaraq qalmaqdadır. Azərbaycanda da ara-sıra dövriyyədə saxta əskinasların olduğu barədə məlumatlar yer alır.
Sarkisyanın istefaya gedəcəyi tarix bilindi
Erməni parlamenti mart ayının ilk ongünlüyündə yeni prezidenti seçəcək. Ermənistanın İctimai Televiziyası seçilən prezidentin aprelin 9-da vəzifəyə gələcəyi barədə məlumat yayıb.
Nizami rayonunda bir otqlı ev yanıb
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 50 m2 olan birmərtəbəli 3 otaqlı tikilinin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
Bakı şəhəri, Nəsimi rayonu beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında 6 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühfizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.














