Gündəm
“Ağıllı” kolonka polislərə kömək edəcək
Böyük Britaniya polisi əhaliyə kömək və cinayətlərin qarşısının alınması üçün “Amazon” şirkətinin istehsalı olan “ağıllı” “Echo” kolonkasından istifadə edəcək.
Tacikistanın Azərbaycandakı səfiri Gəmiçilikdə olub
Yanvarın 8-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüş keçirilib. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmiçiliyin sədri Rauf Vəliyev qonağa Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülən işlər, donanmanın yenilənməsi istiqamətində əldə olunan nailiyyətlər, respublikamızın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə barədə ətraflı məlumat verib.
Müdafiə naziri zabitlərlə görüşüb
Yanvarın 8-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqlarla keçirilən təlim-metodiki toplantıya cəlb olunan heyətlə görüşüb.
Kabel oğruları ələ keçiblər
Elektrik kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar” a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il dekabrın 25-dən yanvarın 7-dək olan müddətdə rayonun Buzovna qəsəbəsindəki inşası başa çatmamış evlərin birindən 100 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Şirinov və Musa Qurbanov saxlanılıblar.
“Opel” piyadanı vurub öldürdü
Kəpəz rayonunun Gəncəvi küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 6-da saat 19 radələrində Kəpəz rayonunun Gəncəvi küçəsində Gəncə şəhər sakini Şahin Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Əjdər Vəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Mingəçevirdə 4 otaqlı ev yanıb
Mingəçevir şəhərində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 170 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m2 sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2018-ci il üçün birgə fəaliyyət planı imzalanıb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.
Azərbaycanlılara Türkiyədə "iş tapan" şəxslər tutuldu: 250 min dollarlıq fırıldaq - VİDEO
Türkiyədə azərbaycanlıları internet vasitəsilə aldadaraq iş tapmaq adı ilə pul qoparan şəxslər tutulub. Sakarya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində tutulan iki Türkiyə vətəndaşının (C.M. və B.A) 4 il ərzində Azərbaycan və Gürcütandan ümumilikdə 250 nəfərə fırıldaq gəldikləri məlum olub.
Atatürk Hava limanında İNANILMAZ OLAY - Sərnişinləri sayarkən ortaya çıxdı - VİDEO
Saat 09:00-da Atatürk Hava limanında, İstanbul-Antalya səfərinə hazırlaşan təyyarədə uçuş öncəsi hazırlıqlar tamamlandıqdan sonra sərnişinlər sayılıb. Sayım zamanı 1 sərnişin artıq olub.
İordaniyada terror aktlarının qarşısı alınıb - 17 İŞİD-çi saxlanılıb
İordaniyada xüsusi xidmət orqanları terror aktı həyata keçirməyi planlaşdıran 17 nəfəri saxlayıb. Məlumata görə, saxlanılanların İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilir. Əməliyyat zamanı həmin şəxslərdən silah-sursat aşkar edilib.
Tanınmış aşıq komaya düşdü, vəziyyəti ağırdı
Şirvan aşıq məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Aşıqlar Birliyinin üzvü Vüqar Mahmudoğlu infarkt keçirib. Aşıq Vüqarın oğlu Ələsgər Niftəliyevin məlumata görə, sənətkarın vəziyyəti ağırdır.
Rusiya necə zərərsizləşdiriləcək? - Qlobal faciəyə qarşı “YOL XƏRİTƏSİ”
NATO Rusiyanın sualtı gəmilərinin sayının artmasını böyük narahatlıqla qarşılayır. Rusiyanın sualtı gəmilərinin fəaliyyəti son illər Atlantik okeanı və Aralıq dənizində fəallaşıb.
Yanvarın 22-si iş günü olacaqmı?
Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Gününün bu il həftənin şənbə gününə təsadüf etməsi yanvarın 22-də iş gününün olub-olmayacağı sualını doğurub. Məlumata görə, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.
Milli Məclis deputatların maaşının artması barədə məlumatlara aydınlıq gətirib
“Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”. BunuMilli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı deyib. O qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. "Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əmək haqqında isə heç bir artım yoxdur. Artım olsaydı, bunu ilk olaraq biz bilərdik. Çünki əməkhaqqını deputatların kartlarına biz köçürürük. Bizə isə belə bir tapşırıq, təlimat gəlməyib”, - deyə o bildirib.
Stadionlarda siqaret qadağan olunacaqmı?
"Qanun hamı üçündür. Çempionatın ikinci dövrəsi başlayanda stadionlarda bu barədə elan veriləcək. Fasilədə isə yeni qanunla bağlı təbliğat aparılacaq". Bu sözləri açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.














