Gündəm

Dırnaq yeməyin əsl səbəbləri açıqlandı...

8 Yanvar 2018 18:30

Dırnaq yeyən insanların digərlərindən fərqi nədir? İradələrimi zəifdir? Daha acdırlar, ya əsəbidirlər? Dırnaqlarınızı yeməyə başladınızsa, tərgitməsi çətin olacaq. Psixiatrlar dırnaq yemə vərdişini nəzarət pozuntuları sırasına aid edir. Gənclərin yüzdə 45-i dırnaq yeyir. Ziqmund Freyd isə bunu psixo seksual pozğunluqla əlaqləndirib. Az qidalanma, çox yemə, uzun müddət əmizdirmək, evdə münasibətlərin problemli olması da bu vərdişə səbəb ola bilər.

Tümendə yaşayış binası yanır - Sakinlər təcili təxliyə olunub

8 Yanvar 2018 18:26

Rusiyanın Tümen şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Məlumata görə, hadisə ilə əlaqədar 130-dan çox adamın təxliyə olunduğu bildirilib. Məlumata görə, yanğın 700 kvadrat metrlik ərazini əhatə edib.

Gürcüstanda prezident seçkisi 15 milyon dollara başa gələcək

8 Yanvar 2018 18:14

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu il keçiriləcək prezident seçkisinə 39 136 784 lari (15 mln. dollardan çox) vəsait xərcləyəcək.

Suriyada Türkiyənin hərbi karvanı atəşə tutuldu

8 Yanvar 2018 18:10

Suriyanın İdlib şəhərində Türkiyəyə məxsus hərbi karvana hücum olunub. Naməlum silahlılar türkiyəli hərbçiləri minaatanlardan atəşə tutub. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Azərbaycanda işsizlərə sığorta ödənişinin verilməsi qaydası müəyyənləşib

8 Yanvar 2018 18:07

Nazirlər Kabineti “Sığorta ödənişinin verilməsi Qaydası”nı təsdiqləyib. Məlumata görə, qərar bu ildən qüvvədədir. Bu Qayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (Xidmət) yerli orqanları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir.

Rusiya sürətli şəkildə məhv EDİLƏCƏK: 18 illik konsepsiyanın DƏHŞƏTLİ DETALLARI

8 Yanvar 2018 17:57

SSRİ və ABŞ arasında 1987-ci ildə bağlanmış qısa mənzilli raketlərin (RSMD) məhv edilməsi haqqında saziş öz dövrünə görə bir sıçrayış idi. Bu, tarixdə nüvə silahlarının ləğv edilməsini nəzərdə tutan ilk saziş idi. Amma indi Rusiya və ABŞ arasında münasibətlərdə etibar yoxdur.

Azərbaycana gələn turistlərin sayında REKORD

8 Yanvar 2018 17:55

Son 5 il ilə müqayisədə 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında artım müşahidə edilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri, 62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

İstanbulda ən böyük örtülü bazar tikiləcək

8 Yanvar 2018 17:52

İstanbulda ən böyük örtülü bazar tikiləcək. Məlumata görə, bazarın tikintisi 2019-cu ilin aprelində başa çatacaq. Örtülü bazar ərazisində 190 mağaza, 1000-ə yaxın topdansatış mağazası, 10-a yaxın bank filialı, restoran və kafelər fəaliyyət göstərəcək.

Nazirlik: Teleqüllənin yaxınlığındakı çatlar genişlənə bilər

8 Yanvar 2018 17:50

Atmosfer yağıntılarının təsiri nəticəsində “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənə bilər. Bunu özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Nazir: “Ermənistanla sərhəddə divar tikməyəcəyik”

8 Yanvar 2018 17:47

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkəsi Ermənistan və Gürcüstanla sərhədində divar tikməyəcək. Məlumata görə, Soylu qeyd edib ki, divar əvəzinə, sərhəd təhlükəsizliyinə nəzarət edilməsi üçün Türkiyə hər iki ölkə ilə sərhədi boyu elektron təchizat yerləşdirəcək. 

Nyu-Yorkda "Trump Tauer" yanır

8 Yanvar 2018 17:45

Nyu-Yorkda "Trump Tauer" göydələnində yanğın başlayıb. Məlumata görə, yanğının qarşısının alınması üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

NATO rəsmisi generalların planlaşdırılan Bakı görüşünü şərh edib

8 Yanvar 2018 17:36

“NATO və Rusiya açıq hərbi əlaqələr xəttini dəstəkləyir. Bu bizim hərbi fəaliyyətimizdə proqnozlaşdırmanı və şəffaflığın inkişafına təkan verməyi hədəfləyib". Bu sözləri NATO hərbi rəsmisi NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda gözlənilən görüşlə bağlı sualı şərh edərkən deyib.

Masallıda nəhəng qartal tutulub

8 Yanvar 2018 17:35

Masallıda qeyri-adi qartal tutulub. Rayonun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən özlərinə məxsus otlaq sahəsində qartalla rastlaşıb.

Əli Həsənov: ""Ermənistan hakimiyyəti qeyri-konstruktiv mövqe tutmaqda davam edir"

8 Yanvar 2018 17:34

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Bakıda qəza - "London taksisi" otelə girdi - Xəsarət alan var

8 Yanvar 2018 17:31

Bakıda iki avtomobil hotelə çırpılıb. Hadisə Səbail rayonu, Neftçilər prospektində, "Park İnn" hotelinin qarşısında qeydə alınıb. "Mercedes" markalı avtomobil "London" taksisi ilə toqquşub və hər iki avtomobil idarəetməni itirərək hotelin qarşısındakı maneəyə çırpılıb.