Bakıda qəza - "London taksisi" otelə girdi - Xəsarət alan var
Bakıda iki avtomobil hotelə çırpılıb. Hadisə Səbail rayonu, Neftçilər prospektində, "Park İnn" hotelinin qarşısında qeydə alınıb. "Mercedes" markalı avtomobil "London" taksisi ilə toqquşub və hər iki avtomobil idarəetməni itirərək hotelin qarşısındakı maneəyə çırpılıb.
8 Yanvar 2018 17:31 SosialBakıda iki avtomobil hotelə çırpılıb. Hadisə Səbail rayonu, Neftçilər prospektində, "Park İnn" hotelinin qarşısında qeydə alınıb. "Mercedes" markalı avtomobil "London" taksisi ilə toqquşub və hər iki avtomobil idarəetməni itirərək hotelin qarşısındakı maneəyə çırpılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, qəza nəticəsində 1 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31