Gündəm
Kivi hansı orqanlar üçün faydalıdır?
Kivinin vətəni Çindir. Bu meyvə yalnız 20-ci əsrin ortalarından dünyada tanınmağa başlayıb. Lakin buna baxmayaraq kivi hal hazırda ən sevilən meyvələrdən biridir. Qeyri-adi xoş dada malik olan bu meyvə həmçinin çox faydalıdır.
İkinci nəsil “Nokia 6” smartfonu rəsmən təqdim edilib
“HMD Global” şirkəti Çində “Nokia 6” smartfonunun ikinci nəslini təqdim edib. Orta səviyyəli yeni model dəbdə olan çərçivəsiz displeylə təchiz edilməyib, amma smartfonun əsas xüsusiyyətləri məlumdur.
Yeni “Samsung Exynos 9810” prosessoru qurğuların məhsuldarlığını artıracaq
"Samsung" şirkəti yeni "Exynos 9810" prosessorunu təqdim edib. Prosessor qurğuya sifəti tanımağa imkan verəcək süni intellekt texnologiyası ilə təchiz edilib. Beləliklə, Cənubi Koreya şirkətinin gələcək qurğularda "Apple" şirkətinin "Face ID" funksiyasının bənzərindən istifadə edəcəyi ehtimal olunur.
Xəbərdarlıq: Uşaqlarınızda çəplik varsa....
Binokulyar görmənin inkişafı 10-12 yaşına qədər davam edir və sonra öz funksiyasını tamamlayır. 10-12 yaşına qədər uşaqlarda ortaya çıxa biləcək göz narahatlıqları ambliopiyə yol aça bilər. Çəplik də ambliopiyə səbəb olan göz problemlərindəndir. Göz qaralarında sürüşmə olduğunu görmək asan olsa da, bəzən xarici görünüş aldadıcı ola bilər.
Qışda immunitetinizi gücləndirmək üçün bu cövhərdən istifadə edin...
Hazırlanması çox sadə olan bu cövhərin insan orqanizmi üçün faydaları sayılmaqla bitməz. Ən başlıcası bu cövhər vaxtsız qocalmanın qarşısını alır. O, ürəyin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, bütün daxili orqanlara müsbət təsir göstərir, orqanizmin zərərli maddələrdən təmizlənməsinə yardımçı olur.
Hamilə xanımlar, diqqətli olun: Bitki çayı erkən doğuşa səbəb ola bilər!
Hamiləlik zamanı qidalardan anaya və körpəyə verə biləcəyi zərərlər baxımından diqqətli istifadə edilməlidir. Mütəxəssislər xüsusən qış aylarında daha çox içilən bitki çaylarının erkən doğuş və düşüyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edir. Təbii olduğu üçün daha çox içilən bu bitki çaylarının tərkibində sağlamlığa zərərli ola biləcək bəzi maddələr də var.
“App Store” mağazası yenidən rekord qırır
“Apple” şirkətinin vitse-prezidenti Fil Şiller “App Store” əlavələr mağazasının növbəti rekorda imza ataraq bayram günlərində 890 milyon dollardan çox qazanc əldə etməsini bildirib.
Dünyada “3D” texnologiyası ilə çap edilmiş ilk avtobus dayanacağı təqdim edilib
Çində “3D” printerdə çap edilmiş dünyada ilk avtobus dayanacağı istifadəyə verilib. “3D” çap texnologiyası vaxt keçdikcə geniş tətbiq edilir. Məsələn, ötən ilin oktyabrında Niderlandda “3D” texnologiyası ilə çap edilmiş velosiped körpüsü istifadəyə verilib.
Dünyada ən nazik ultrabuk təqdim olunub
“Acer” şirkəti tərəfindən təqdim edilmiş yeni ultrabuk “4G LTE” vasitəsilə internetə daimi qoşulma, maksimum məhsuldarlıq və yığcamlıq kimi xüsusiyyətlər tələb edən peşəkarlar üçün nəzərdə tutulub.
Kosmetika brendi “iPhone” smartfonu üçün dəri skaneri təqdim edib
“Neutrogena” kosmetika brendi dərinin skan edilməsi üçün “SkinScanner” qurğusunu və “Skin360” mobil əlavəsini təqdim edib. Texnologiya istifadəçinin dəri problemlərini aşkarlayacaq, eləcə də profilaktika üsullarını təklif edəcək.
Tərəvəz və meyvələrin daha faydalı olması üçün nə etməli?
Qida rasionunuzda meyvə və tərəvəzlər üstünlük təşkil etsə belə, onların faydasını görməyə bilərsiniz. Çünki qidalardan doğru istifadə yollarına müraciət etmək lazımdır. Tərəvəz və meyvələrin içindəki bəzi vitaminlər suda həll olur. Bu səbəblə tərəvəz və meyvələri uzun müddət yumaq və ya suda saxlamaq düzgün deyil. Çünki bu həmin meyvə və ya tərəvəzin qida dəyərini aşağı salır. Meyvə və tərəvəzlərin vitaminlərinin itməməsi üçün onları bütöbv şəkildə yumaq lazımdır, doğradıqdan sonra yumaq olmaz. Tərəvəzləri bişirərkən qazana çox su tökməyin. Onları az suda, öz buxarında bişirin.
Arsen Venger istefa verəcək
İngiltərənin "Arsenal" futbol komandasının baş məşqçisi Arsen Venger cari mövsümün sonunda postunu tərk edəcək. 68 yaşlı mütəxəssis müqaviləsindəki xüsusi bənddən yararlanaraq, belə bir addım atmağı planlaşdırır. Bildirilir ki, fransalını əvəzləməyə ən real namizəd "Arsenal"ın sabiq futbolçusu, hazırda "Manchester City"də baş məşqçi Xosep Qvardiolanın köməkçisi olan Mikel Artetadır.
Gürcüstanda yanan avtobusla bağlı Bakı avtovağzalından AÇIQLAMA
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gürcüstanda yanan sərnişin avtobusu ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov faktı təstiqləyib. O bildirib ki, hadisə yanvarın 7-də təxminən 21.30 radələrində Gürcüstan ərazisində, Tbilisi yaxınlığında baş verib: "Türkiyənin “Öz Nuhoğlu” şirkətinə məxsus "Mercedes" markalı "16 HB A 05" nömrə nişanlı avtobusda bizə məlum olmayan səbəblərdən yanğın baş verib.
Jirinovski Putinin qarşısına 200 milyonla çıxdı - Seçki
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin seçki fondunun məbləği bəlli olub. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası informasiya yayıb. Məlumata görə, 5 yanvar tarixi üçün Jirinovskinin seçki fondunun məbləği 200 milyon rubl təşkil edib.
Aşıq Əlini tanımayacaqsınız
Aşıq Əli Tapdıqoğlu son günlər xeyli çəki atması ilə gündəmə gəlib. Məlumata görə, sənətçinin İnstaqram hesabında paylaşdığı son fotosu da müzakirələrə səbəb olub. Əlinin “Bunlar mənim ürəklərimdir” şərhi ilə yerləşdirdiyi və övladlarının da yer aldığı fotoya izləyicilər suallar yazıb. Onlar şəkildəki şəxsin Əlinin özü olub-olmamasını soruşublar.














